Hindistanın “IndiGo” avia şirkətinə məxsus təyyarənin uçuşu zamanı baş verən güclü turbulentlik sərnişinlərə qorxulu anlar yaşadıb.
“Daily Express”in yayımladığı videoda sərnişinlərin qorxudan qışqırmaları və dua etdikləri görünür.
Hadisə Ər-Riyaddan (Səudiyyə Ərəbistanı) Kaşmir şəhərinə səfər zamanı baş verib.
Video müəllifinin sözlərinə görə, stüardessaların sərnişinləri sakitləşdirmək cəhdi heç bir fayda verməyib.