General qardaşım Polad Həşimov !
Hamıni yandırır düşdüyün alov.
Acılar yaşayır Odlar ölkəsi,
Doğması gedibdir əldən hər kəsin.
Döydü qapımızı bir acı rüzgar,
Calın-carpaz dağlar sinəni dağlar.
Vururdu köksündə yurdun qeyrəti,
Qorxuya dönmüşdü düşmən heyrəti.
Adın yumruq idi düşmən başında,
Lələtəpə yaşar yurd yaddaşında..
Hünərin dastandı,yox idi adın,
Uşaq həvəsitək şöhrətə baxdın.
Vətəndi amalın,andın bütövlük,
Yerişin,addımın,sözun bülövlük.
Döyüş generalı Polad Həşımov-
Düsmənin başına yağan od-alov.
Taktika ustası,hücumçu,fəndgir,
Əsgərlə daima təmasda ,əlbir.
Rəyasət eşqindən uzaq,pak viçdan,
Xidməti ideal seçən qəhrəman…
Nə tez tərk elədin bizi,general,
Gec bildik,sərvətmiş səndəki kamal.
Həzilər yurdunun bəhrəsi idin,
Azərbaycanımızın dəhrəsi idin…
Hünər dərsi verib dərk etdin bizi ,
Tapşırdın viçdana taleyimizi…
Tapşırdın Allaha taleyimizi…

 

Oğul oğul olsa ,silər üzdən axan göz yaşını,
Döndərər bir polad səddə babaların daş daşını.

Körpələrin, anaların göz yaşları möhnətli yük,
Bu torpağın dərdi-səri köksü dağlı dağdan böyük.

Şəhid dağı, yurd nisgili əydi çinar qamətləri,
İnsafdımı tər çiçəklər görsün hərbin dəhşətlərin ?

Körpə quzum, göz yaşını bütün ölkə silməlidir,
Sənə dərd-ğəm yaşadanın bağrın başın dəlməlidir.

Harda qalmış sərkərdələr, ağlaşır yurd cocuqları,
Yay günündə yetimləri mələdir dərd soyuqları.

Talandıqca Vətən mülkü düşmən dönür yalquzağa,
Yalan, zülüm olan yerdə hər kəs düşəcək duzağa.

Xainləri, iblisləri süfrəmizdən edək kənar,
Ədalət olmayan yerdə dayaq durmaz pərvərdigar.

Aruzları, Həmzələri el tanıyır, qovaq , bəsdir,
Namərdlərdən mərdlik uman sadəlövhdür, bir nakəsdir.

Canım, gözüm, üz-gözündən axan xalqın al qanıdır,
Gözlərindən süzülən yaş yurdun dərdli dastanıdır…