2020/2021 mövsümü üçün transfer çalışmalarına start verən “Sumqayıt” Futbol Klubu qapıçı Mehdi Cənnətovla müqaviləni yeniləyib. 

Bununla bağlı klubun mətbuat xidməti məlumat yayıb. 

Belə ki, Cənnətov növbəti mövsümdə də “Sumqayıt”ın uğurları üçün çalışacaq.

Qeyd edək ki, Mehdi Cənnətov 2017-ci ildən “Sumqayıt” FK-da çıxış edir. 28 yaşlı qapıçı bu müddətdə ümumilikdə 55 qarşılaşmada meydanda olub.