“Neftçi”nin sabiq futbolçusu, braziliyalı Dario Federiko Azərbaycana dəstək olub.
Oxu.Az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Futbolçu azərbaycanlı əsgərin fotosunu paylaşaraq, “Biz birlikdə güclüyük” şərhini yazıb.
Həmin paylaşımı təqdim edirik:
Qeyd edək ki, D.Federiko “Neftçi”nin heyətində keçirdiyi iki mövsüm ərzində 40 oyunda meydana çıxıb, beş qol vurub. O, bu ilin iyulun 10-da klubdan ayrılıb.