Rusiya Premyer Liqasında mübarizə aparan “Soçi” komandasının doqquz futbolçusunda koronavirus aşkarlanıb.
Bu barədə Gazeta.ru məlumat yayıb.
Turnir cədvəlinin 12-ci pilləsində qərarlaşan komanda dünən “Tambov”la keçirilməli olan qarşılaşmada meydana çıxa bilməyib.
Yoluxmuş oyunçuların vəziyyəti barədə informasiya verilməyib.