Rusiyada yaşayan məşhur azərbaycanlı ifaçı Babək Məmmədrzayev son günlər Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində təxribat cəhdinin qarşısını alarkən şəhid olmuş hərbçilərimizlə bağlı paylaşım edib.

Oxu.Az xəbər verir ki, o, “Instagram” hesabında Azərbaycan bayrağının fotosunu paylaşaraq, bu şərhi yazıb:

“Musiqi siyasətdən kənardır. Mən musiqini insanlar üçün edirəm. Ancaq bu gün mən evlərindən məhrum olan insanların həmyerlisiyəm. Mən azərbaycanlıyam, Vətənimi sevirəm və sevəcəm. Heç vaxt susmamışam və susmayacağam. Mənim insanlara sevgim sərhədsizdir: qan axmasını və müharibəni istəmirəm.

Mənim Azərbaycana sevgim sərhədsizdir: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirəm”.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO