Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə ağır itki üz verib. 

Qafqazinfo-nun məlumatına görə, onun 44 yaşlı qızı Nigar Abbaszadə vəfat edib. 

Hadisə ailənin Şamaxının Çuxuryurd kəndində yerləşən evində baş verib.

İlkin məlumata görə, DİM sədrinin qızı qəflətən ürəktutmadan ölüb.

Hazırda nəşin Bakıya aparılması ilə əlaqədar hazırlıq işləri gedir. 

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO