Taksi sürücüsünün müştəridən söyüş söyməmə tələbi onun döyülməsi ilə bitib.
NTV-nin məlumatına görə, hadisə Rusiya paytaxtında baş verib.
Bununla bağlı yayılan kadrlardan görünür ki, arxa oturacaqda əyləşən müştərilər sürücünü söyə-söyə vururlar.
“Bu iki nəfər məni döydü, yaxınlıqdan polis maşını keçirdi. Mən siqnal verdim, hətta onların yolunu da kəsdim. Ancaq onlar getdilər. Bundan sonra müştərilər yenidən məni döyməyə başladılar”, – deyə, taksi sürücüsü başına gələnləri danışarkən bildirib.
Sonda sürücü çarəni çoxlu insan toplaşdığı yerə getməkdə görüb.
“Burada dayanmadan siqnal verdim. Bu vaxt bir neçə nəfər mənə yaxınlaşdı. Onlar da maşından düşdülər”, – deyə, taksi sürücüsü bildirib.
Hadisə ilə bağlı yoxlamalara başlanılıb.