Xəzərim ağlayır halı pərişan,

Sevimli oğlunu itirib bu gün.

Dalğalar tələsir dönür sahilə.

Vüqarlı oğlunu itirib bü gün,

 

Xəzərin sahili ona  doğma ev,

Dalğalar qəlbini ovsunlamışdı.

Dalğalar Rəşada ilk baxışdan,

Vətənə Məhəbbət aşılamışdı.

 

Sevirdi Xəzəri, soyuq küləyi,

Savalan bəbəyi, Xəzər ürəyi.

Qovuşdu torpağa susdu ürəyi,

Üzər dalğalarda ruhu Xəzərin.

 

Bir ana ağlayır matəm içində,

Bir oğul itirdi Pələng biçimdə.

Vicdanı, əxlaqı, səmimiyəti,

Qururu, qeyrəti sözü yerində.

 

Nə qədər ağırdı çətindir mənə,

İnana bilmirəm yoxluğuna mən.

Rəşadın binasız ruhu önündə

Bütün varlığımla baş əyirəm.

Şövqi Rəşad

Astara, Siyaku

 

 

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO