“Qarabağ dərdi” bu da bizim alnımıza yazılan bir yazıdır əzizlərim. Ağır da olsa etiraf etməliyik ki, həm müharibə, həm də bu başımıza bəla olan pandemiya ilə əlaqədar olan karantin hamının səhhətində bir problemlər yaratmaqdadır. Odur ki 19-20 iyul 2020 ci ildə “Dodo” qəzetini nəşr edib oxuculara çatdırıb elə həmin gün 20 iyul dərhal “Naftalan” müalicə və sağlamlıq mərkəzinə üz tutdum. Müalicədə olduğum müddətdə 1994 cü il hadisələrini  və bizim ailənin qəlbində hələdə silinməyən dərdli səhifələri xatırlamamaq mümkünsüz idi. 1994 cü ildə Naftalan parkında “N” saylı xüsusi təyinatlı hərbi hissə yerləşdirilmişdi. Yoldaşım  xidmətdə olduğu üçün biz ailəliklə Naftalan şəhərinə köçmüşdük. Dekabrın 14 də qızım leylada 2 dəfə yüksək tempraturdan qıc olma baş verdi (sudurqa). Odur hər Naftalan şəhərinə olduğum zaman bu acılardan azad ola bilmirəm.

Bir həftə müalicədən sonra səhhətimin az da olsa yaxşılaşdığını görüb istədim  olduğum ərazi ilə bağlı da bir xatirələrim qalsın. Düzü gənclik illərimdən bir arzum ürəyimdə qalmışdı. Sonralar da bu müharibə imkan vermədi onu yerinə yetirməyə. Mənə nə 1994 cü il nə də sonralar Göy Gölü görmək heç qismət olmadı. Bu dəfə də karantin…

Müalicədən sonra otaqda oturmuşdum birdən ağlıma gəldi ki, elə burda olduğum vaxtdan səmərəli istifadə edim. Odur o ərazinin Millət vəkillərin görmək ürəyimdən keçdi. İlk elə görmək arzusunda olduğum Göy Gölün deputatı olan Millət vəkilimiz Elşad Mirbəşirliyə zəng etdim. Telefona cavab çox səmimi oldu. Yadımda idi ki səhəri polis günü olması ilə əlaqədar ondan  növbəti polislərin bayramı münasibəti ilə təbrik istədim. Elə alındı ki,  məndə gec müraciət etdiyimdən bu gözəl işimiz baş tutmadı. Millət vəkili Bakıda olduğundan elə üz-üzə görüşməyimiz daha məqsədə uyğun idi. Odur görüşü Bakıya saxladım. Məhz respublikamızda milli mətbuatın 145 il dönümünə bir gün qalmış Millət vəkilinin ofisində görüşdük.

Görüşümüz çox səmimi alındı. O səbədən ki, Millət Vəkilinə Multikultural “Dodo” talış dilində ictimai qəzetimi  və “Azərbaycanda yaşayan xalqların əfsanə, rəvayət və nağılları” II seriya kitabımı hədiyyə etdim.

Elşad Mirbəşirli Azərbaycan Respublikasının milli mətbuat gününun 145 illiyi və bizim “Dodo” qəzetinin 3 yaşı münasibəti ilə məni təbruik etdi. Hətta Ulu öndərin Ana yurdumuz Azərbaycanda yaşayan müxtəlif etnikləri “Azərbaycanın Sərvətləri” adlandırmasını qeyd edərək söhbətini davam etdi. Görürsüzmü İradə xanım dahi insan Heydər Əliyev sizləri bizim sərvətimiz adlandırıb. Çox  gözəl işlə məşğul olursuz deyə qeyd etdi. Düzü bunu eşitmək bu bayram ərəfəsində mənə də çox  xoş oldu.

Söz arası GÖY GÖL arzumu da deputata bildirdim. Elşad müəllim karantinlə bağlı hər yerin bağlı olduğunu bildirdi və əlavə etdi narahat olmayın İradə xanım deputatı olduğum ərazidə olmanızı təmin edərik bircə bəşəriyyət bu pandemiyadan qurtulsun deyərək vurğuladı.

Elşad Mirbəşirliyə öz planlarım haqda geniş danışdım və imakan olduğu anda hər kəsin etnik xalqlara köməkliklərini əsirgəməmələrini və bizlərin problemlərini milli məclisdə səsləndirmələrini xahiş etdim.

 

“Dodo” qəzetinin baş redaktoru

İradə Məlikova