“Dodo” qəzetinin üç yaşı tamam olur, bu üç ildə “Dodo” qəzeti Azərbaycan mətbuatında öz layiqli yerini tuta bildi, dostları sevindi, düşmənləri isə xar oldular və İnşallah ki, bir də görəcəyik ki, Azərbaycan mətbuatında avanqarda çevrilən “Dodo” qəzeti, inanıram ki, bu qəzet hökmən mətbuatımızın avanqardı olacaq, özünün 10, 20, 30 və sair ildönümlərini qeyd edir.
““Dodo” qəzeti zərurətdən yarandı” desək, yanılmarıq. Artıq talışdilli mətbuat “Tolışon Sədo” qəzeti ilə kifayətlənə bilmirdi və yeni qəzetə ehtiyac yaranmışdı və bu ehtiyacı İradə Məlikova öz “Dodo” qəzeti ilə qarşıladı.
Bu yubiley həm də Azərbaycan mətbuatının 145-ci ildönümünə təsadüf edir. Əminliklə demək olar ki, mətbuat sahəsində ləyaqətlə “Əkinçi”liklə məşğul olan “Dodo”larımızın (Dodo – böyük bacı deməkdir) sayı gündən-günə artır və ümüdvar olmaq istəyirəm ki, Azərbaycan mətbuatının 145-ci ildönümündə Azərbaycanda yaşayan köklü xalqların dilində nəşr edilən qəzetlər, o cümlədən “Dodo” qəzeti də dövlətimiz tərəfindən layiqincə qiymətləndiriləcək.
“Əlaçı” olmaq arzusu ilə “üç”ün mbarək “Dodo”!
Rafiq Cəlilov
Respublika Talış Mədəniyyət Mərkəzinin sədri
“Tolışon Sədo” qəzetinin baş redaktoru
”