BƏŞİRİ SƏDİYAR
16 yaş Masallı, Mahmudavar
Torpağı geri alan,
Vətənə qurban olan,
Əbədi yadda qalan
Şəhiddir şəhid!
Düşmənin kefin pozan,
Onlara qəbir qazan,
Tarixi qanla yazan
Şəhiddir şəhid!
Amalı Ana Vətən,
Uğrunda öndə gedən,
Canını fəda edən
Şəhiddir şəhid!
23.07.2020