Əslən Lerik rayonun Hamarmeşə kndindən olan hazırda Fizuli rayonunun işğaldan azad olunmsından ruhlanan döyüşçu Məmmədov Fərrux Fərman oğlu cəbhədən redaksiyamıza Vətənpərvər mövzulu şeir göndərib. Biz də şanlı ordumuzu yeni qələbələr münasibəti ilə təbrik edir və döyüşçü əsgərimizin şeriri ilə oxucularımızı tanış edirik.
İgidlər məskəni Azərbaycanım,
Torpağın sevənlər hey haraydadı.
Mən qala bilməzdim səssiz-səmirsiz.
Qarabağ, Kəlbəcər axı dardadı?
Ayağım Fizuli torpağındadı,
Burda hava bulud, əsgərlər şəndi.
Vətənin uğrunda döyüşənlərin,
Qeyrəti, namusu yenə vətəndi.
Mənim doğma yurdum Azərbaycanım,
Bir qarış geriyə çəkilmərik biz.
Vətən deyiləndə qaçır düşmənim,
Biz haqqın səsiyik haqq deyirik biz.
Məğlub edilməzdi vətən əskəri,
Torpağa sevgi var, torpaq dərdi var.
Otuz il səbr etdi yurdun əskəri.
Uğrunda ölən varsa Vətən var.
“QARABAĞ AZƏRBYCANDIR”