O,  uldsuz kimi Lənkəran səmasında parladı, vəzifə kürsülərinə yol tapdı, mövqe qazandı, çoxsaylı dostlarının sevimlisinə çevrildi, bədxahların xəyanətiylə üzləşdi, sonsuz həsrət və kədər yükünü daşıdı, bu vəfasız dünyayadan  küsüb 58 yaşında əbədiyyətə qovuşdu. ….

1990-ilin əvvəlləri idı. Qüdrətli sovet imperiyasi Azərbaycan xalqına qarşı son qəddar cinayətini törətmiş, dinc əhaliyə divan tutulmuş, ölkəyə ordu birləşmələri yeridilmişdi. Çoxsaylı insan qırğınına səbəb olan bu xain müdaxilənin məqsədi erməni təcavüzü ilə üzləşən xalqin etiraz səsini və azadliq istəyini boğmaq idi. Amma əliyalin Azərbaycan xalqının əzmi və iradəsi çürüməkdə olan imperiyanın dağılmasının ilk təkanverici amili oldu. Düşmən isə tam ölməmiş, qəddar olduğu qədər də məkrli idi. Özünün xəyanətkar siyasi oyunları ilə Azərbaycan xalqının birliyini pozmaq, əhali arasında təfriqə salmaqla onun mübarizə əzminı zəiflətmək planlar cızılırdı . Cənub bölgəsinin paytaxtı Lənkəran şəhəindədə izdıhamlı mıtınqlər tuğyan edirdı. Qeyrətli Talış övladları erməni işğalçilarına qarşı döyüşmək üçün könüllü döyüşə yollanırdılar. Düşmən missoinerləri isə bu döyüşkən Həzi qeyrətli insanların gücünü başqa səmtə yönəltmək ücün böyük maliyyə vəsaiti və təbliğat resurslarını işə salmişdı. Bu xaotik hərakata çoxlu əqidəsi dönük, keçmişi kölgəli olan, öyrədılmiş cinayətkar ünsürlər yerləşdirilir, şəhərdə özbaşnalıq və talançılığa təhriklərlə asayiş kobud şəkildə pozulurdu. Vəzifəli və nisbətən imkanli şəxslər təhdid olunur, onlardan hərəkatın xeyrinə vəsait ödəmələri tələb olunurdu. Yumruq boyda Azərbaycanı parçalamaq üçün Talış etnik qrupunun muxtariyyət  tələbini araya atmaqla  əhalinin azadlıq hissləri ilə oynamağa başlanıldı. Cəbhədən  döyüşənlər geri çağrılır, cənub bölgəsində ikınci cəbhə açılırdı. Bütün bu oyunları başa düşən ağılli şəxslər təqib olunul, ölümlə hədələnirdi.

Nə yazıq ki, biliyi, bacarığı, zəhməti ilə ucalan mənim qəhrəmanım kimi ziyalılarımız, xalqın mənəvı zənginliyi üçün ömrünü xərcləyənlər bü özbaşnalığın qurbanına çevrilirdilər…

Mən, ömrünün payız çağında, bu qarmaqarışıqda böyük haqzızlıqlarla üzləşən

məsum, olduqca xeyirxah bir insanin taleyi ilə istəkli oxucuları tanış etmək istəyirəm. Onun həyat hekayəsi uca Allahın nəzəri və səxavətlə pay verdiyi istedadın, zəhmət və fədakarlığın şər qüvvələr üzərində mənəvi qələbəsinin bariz nümunəsidir.

Bu  qeyri-adi istedad sahibi, ziyalı, kitab vurğunu, böyük səxavət sahibi, fenomen insan Eldar Hüseyn oğlu  Müslumov idi. Eldar Masallı rayonun Böyük Kolatan kəndində sənətkar ailəsində anadan olmuşdu. Anası əslən Kolatanlı olan, sonralar Lənərana köçmüş bir ruhaninin qızı idi. Eldarın ata –babaları Cənub bölgəsində o dövr üçün əsas nəqliyyat növü olan fayton arabaları düzəldən mahir sənətkarlar süləlasi idilər. Fayton arabalarda nadir ağac növləri olan dəmiragac, qızılgöz və tinığ agaclarından istifadə olunurdu ki, möhkəmliyi və yaraşığı ilə secilən bu arabaları əldə etmək üçün uzaq  Bakıdan və Gəncədən müştərilər gəlirdilər. Böyük bir həyətdə yerləşən emalatxanada gecə-gündüz onlarla sənətkarlar çalışır, ailələrini dolandırırdılar. Əlbət də belə bir istehsal sahəsi müəyyən qazanc əldə etmək imkanı da yaradırdı və bu ailə Masallı rayonun imkanlı təbəqələrindən sayılırdıl. Zəhmət və bacarıqla əldə olunan nailiyyətlər  bəzı imtiyaz və əlaqələr üçün də imkanlar yaradirdı. Ona görə də Eldarın babası Şirməmməd kişi  üç oğluna hər biri böyük nufuz və hörmət sahibi olan ailələrdən qız almışdı. Böyük oğluna Bala Kolatan kənd axundunun  qardaşı qızını, Eldarın atasına Lənkaranda yaşayan nüfuzlu ruhaninin Dilbər adlı qızını, kiçik oğluna isə Masallı rayonun Qodman kəndindən çox nüfuzlu Mirələm bəyin qizi Xanımbacı Xanımı ad etməklə özünə layiq aılələrlə qohumluq əlaqəsi yaratmışdı.Yeganə qizı övladı  Kolatanlı İranda dini təhsil almış Abdullayev Bürhan axundun zövcəsi idi.

İllər ötür, zamanın təkərı sonu bəlli olmayan bir məcraya yön almaqda idi. 11-ci Qızıl Ordu  adlanan rus işğalçi quvvələrinin Azərbaycanın müstəqillıyinə son qoyması ilə xalqımızın sonsuz faciələr dövrü başlandı. Qəsbkarlar ölkəmizin yerüstü və yeraltı xəzinələrini  vəhşicəsinə talamaqla kifayətlənməyib ölkənin ən qiymətli sərvətini-onun düşünən ziyalı təbəqəsini,bacarıqlı insanlarinı, güclü ideoloji-təbliğat imkanları olan ruhani təbəqəsini məhv etməklə xalqimizi iflic vəziyyətinə salıb manqurtlaşdırırdılar. Bir ailənin timsaında bu siyasətin acı nəticələrini görmək olur. Eldar gilın aıləsi Kolatanın ən böyük torpaq sahibləri idilər. Kolxoz qurmaq adı altında bütün torpaq sahələri müsadırə oundu, dözdülər. Mal-qaralları əlindən alındı, dinə bilmədilər. Artıq 30-cu illərdə onların fıziki məhv etmək siyasətini həyata kecirməyə başladılar.

1936-cı ildə  Eldarın atasi Hüseyn və əmisi Nəcəfqulu aldıqlari dəqiq məlumatla sürgün olunacaqlarını öyrəndilər. Ailə təcilı İrana qaçmaği qərara aldı. Ərdəbil ətrafında yaxın qohumlari vardı. Qaçış olduqca məxvi həyata kecirilməli idi. Axı bır zamanlar onların süfrəsinin artığını yeyənlər indı kosomolçu, partiyaçi kımı onlara göz verib, işıq vermir: “siz qolçomaqsinız”- deyə hədələyir, yalan məlumatlarla şərləyirdilər. Köç gecənin qaranlıgında, özlərinin düzəltdiyi iki fayton arabaya yüklənmiş ən vacib əşyalar və iki qardaşın ailə üzvləri ilə yola çıxmalı idi. Lakin son anda Eldarın anası Dilbər getməkdən qəti imtina etdi. O, Hüseyni inandırdı ki, İranda şərait yaradılandan sonra gəlib onları aparsın. Hələlik o, Lənkaranda atasi evinə gedəcək. Arvadını və oğlunu böyük məhəbbətlə sevən Hüseyn bu təhlükələrlə dolu məcburi köçə onların qoşulmalarına israr etməyib  sonuncu dəfə Eldarı  bağrına basıb yola düzəldilər.

Kiçik qardaşları Əlinin ailəsini  Kolatanda saxladılar. O, həm xəstə idi, həm də qaynatası Mirələm bəyin oğulları və yaxınları  yeni  hökümət orqanlarına yol tapa bilmişdilər. Rus dilini mükəmməl bilmələri, polis orqanlarında çalışan rus zabitləri ilə yaxınlaşmalarına imkan yaratmışdı. Onlar  Əlini və bacılarını qorumaq üçün əllərindən gələni etdilər.

İrana köçən Nəcəfqulu və Hüseyn qısa müddətdə Biləsuvarin o tayında özlərinə şərait yarada bildilər. Hüseyn geriyə, ailəsini gedib gətirmək üçün gecə-gündüz fürsət axtarırdı. Lakin sərhədi artıq rus sərhəd qoşunları qoruyurdu, bütün gizli yollar nəzarətdə idi. Hüseyn dəfələrlə özünü təhlükəyə atmış, lakin güllə yağışı altında təsadüf nəticəsində sağ qalmışdı. Amma güllədən qurtulsa da, ayrılıq dərdinin acısına dözməyib bir ildən sanra qəflətən ürək qusurundan dünyasını dəyişdi. Eldar atasının ölümünü 53 il sonra,1990-cı ilin yavar ayının 19 da biləcəkdir…..

Hüseynin köç gecəsinin səhəri Dilbər 3 yaşlı Eldarı və ərinin saxlamaq üçün ona əmanət etdiyi zinət əşyalarını götürüb atası evinə köçdü. Dilbər, yalnız Lənkaranda görmək mümkün olan əsil şərq gözəli kimi məftunedici, yaraşıqlı bir qadın idi. Bu gözəlliyi müqabilındə sədaqət, analıq məsuliyyəti duyğuları isə bır qədər kölgədə qalırdı. Lənkaranda qadın sərbəstliyi məhdud olsa da, atasinın və qardaşının sürgün olunması,maneəri heçə endirmişdi. Heyranları çoxaldıqca, Eldarın varlıgı artıq ona mane olan ağır, daşıya bilmədiyi bir yükə çevrilməkdə idi.  Dörd aydan sonra o, Kolatana, qaynına  çox sərt bir xəbər göndərdi:

-”Yetiminizə sahib çixın, mən onu saxlamağa borclu deyiləm”

 İsfəndiyar Dərya

 Masallı, Kolatan