Sentyabr ayının 26-da axşam saat 12:00-dən etibarən “VİNEYARD” kilsəinin baş kahini Pastır Emil Pənahov kilsə daxili elan vermişdi ki, kim istəyirsə marafon şəklində dualara qoşula bilər. Hal hazırda da bu dualar davam edir. Bu dualar Azərbaycanımız üçün idi. Bu dualar 20 % torpaqlarımızın azad edilməsi üçün idi. Bu dualar torpaqlarımızda sülhün olması üçün idi. Dualarla bərabər hər həftənin son üç günü oruclar da davam edir. Kilsə üzvlərindən də də hal hazırda orduya vətənə xidmət etmək üçün gedənlər var. Bütün orduda xidmət edənlər üçün kilsə üzvləri sutka boyu dayanmadan duaya qatılıb. Dualar zəncirvari dayanmadan gecə və gündüz edilir. “Vineyard” kilsəsi və digər kilsələr düşmən tərəfindən raket atəşinə tutulan rayonlarımıza yardımlarından da qalmırlar. Onları demək olar ki bütün qaynar nöqtələrdə olurlar. Bax budur xristyanlıq. Pastır Emil Pənahovun Gəncə şəhərində dağılmış evlərin yanında xristiyan adından istifadə edənlərə ürək parçalayan çağrışına sakit baxmaq mümkün deyildi. Bu acı həqiqətin şahidi olması üçün 10 yaşlı qızı Eliananıda özü ilə Gəncəyə aparan Pastr Eminin hayqırtılı duası legionlarla mələklərin Azərbaycanı dövrəyə almasından xəbər verirdi. Onun işğalçı qonşuya məsajında deyilir: Əlində ÇARMIX tutmaq o demək deyil ki sən xristyansan. Əsl xristyanda Allah qorxusu var. Əsl xristyanlar Allahın 10 əmrinə riayyət etməlidirlər.
Bəli Ermənistan Kilsesi ilə Azərbaycan Məsihçiləri arasında elə fərq də burdadır. Onların “Müqəddəs ataları” əllərində silahla öz erməni xalqını müharibəyə Azərbaycan xalqını öldürməyə çağrış edirlər. Azərbaycan Məsihçiləri isə sülh üçün və dinc əhaliyə dua etməklə yanaşı yardımlarından da qalmırlar. Əsl Xristyanlığın nə olmasının fərqi də elə budur.
UCA TANRI HƏR ZAMAN HƏQİQƏT TƏRƏFİNDƏ OLCAQ VƏ QARABAĞ AZƏRBAYCANDIR. QOY RƏBB ALLAH BİZLƏRƏ QƏLƏBƏ SEVİNCİNİ YAŞATSIN.
Sentyabrın 27-də Ermənistan ölkəmizə qarşı növbəti təxribata əl atmış, nəticədə Azərbaycan tərəfi zəbt edilmiş torpaqlarımızın azad edilməsi istiqamətində əks-hücum əməliyyatlarına başlayıb. İşğalçı Ermənistan ordusu beynəlxalq norma və konvensiyaları kobud şəkildə pozaraq mülki əhalimizi, yaşayış məntəqələrimizi müxtəlif növ, o cümlədən qadağan olunan silahlardan atəşə tutur, hətta cəbhədən uzaq yaşayış məntəqələrini dağıdır, dinc insanları qətlə yetirir. Mənfur xislətindən əl çəkməyən ermənilər münaqişəyə dini çalarlar əlavə edərək başqa istiqamətlərə çəkməyə çalışırlar.Hazırki Vətən müharibəsi fonunda ən aktual məsələlərdən biri də informasiya mübarizəsidir. Bu baxımdan, Azərbaycan həqiqətlərinin, ölkəmizdə yaşayan qeyri-islam konfessiyalarının nümayəndələrinin münaqişə haqda mövqelərinin, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və ASAN Radio tərəfindən videoçarx hazırlanıb. Qeyd olunan videoçarxda ölkəmizdəki müxtəlif dini konfessiyaların nümayəndələrinin çıxışı öz əksini tapıb.
Azertag.az