Dekabrın 27-də Astaradan üz tutduq Lerik dağlarının qoyn
unda yerləşən Ozobijon indiki Günəşli kəndinə. Dağlarda qar olduğu üçün mənə deyilmişdi ki saat 11 dən sonra gəlin ki yollar buz olmasın, yoxsa təhlükəidir Lerikə qalxmaq. Beləliklə böyük sözünə qulaq asıb saat 1-də olduq Lerikdə. Qəzetləri oxucularıma çatdırandan sonra üz tutdum Şəhid Mövlanov Vüqarın evinə. Vüqar 1994 cü ildə lerik rayonun Günəşli kəndində anadan olub. Hamı kimi senntyabr ayında o da orduya çağrılıb. Məhz Şuşanın alınmasında qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə ucalıb. Vüargilin evi dağın başında olduğu üçün maşınızın ora qədər qalmadı. Odur biz qarı tapdalaya tapdalaya üzütuxarı bir qədər yol gertməli olduq. Şəhidin evinə deyerdim ki normal maşın yolu da yoxdur. 50 metr yolu tam palçığın içi ilə addımlamalı oldum. Yoldan tam xəbərsiz olduğum üçün “qaloş” tədarükümü belə etməmişdim.

Vüqar Mövlanov mənim doğmaca bibim oğlu Tumarxanın son beşiyi evin dördüncü övladıdır. Beləliklə dağları qalxaraq onlara çatdıq. Bibimoğlu Tumarxan alın təri ilə o dörd balasını böyüdüb. Heç bir dövlət idarəsində işləməyən, maddi dəstək heç yerdən almalan ailə sırf öz təsərrüfatları ilə dolanlrlar. Orda gördüklərim mənim ürəyimi parçaladı. Bəli mənim ancaq ona gücüm çatır ki qəzetdə və burada şəhidlər barədə yazıb və videolar çəkim.. Maddi dəstək olmağa bel imkanım yox. Çünki qəzetin özünə belə dəstək olduğu halda mən necə belə durumda kimlərəsə dəstək ola bilərəm?
Tumarxan və Həyat yoldaşı Bəsti xanım Vüqardan xatirələr danışdılar. Düzü özümü itirmişdim… Heç anlamadım nə olub həttda cameranı belə düzgün nizamlaya bilmirdim odur çəkdiyim çəkil və video keyfiyyətli alınmayıb.. çox təəssüflər Vüqarın 26 yaşı vardı.. vüqarın arzuları vardı Təzə tikdiyi ev… ailə quracaqdı.. Universitetdə oxumaq arzusu… Ürək dağlayan arzular. Bir cava igidimizn həyat hkayəsin atasının ağlaya ağlaya danışdıqları bir azda bağrımı yarırdı. Bəsdi xanımın sakitcə tümarı səblə dinləməsi öz qəlbində bu hisslərini necə boğması bəlli idi. Bəli beləcə onlarla həmsöhbət olduq. Tumarxan bildirdi ki onunla orduda bir vuruşan yoldaşları zəng edib Vüqarın necə əzimkarlıqla döyüşlərdə vuruşduğundan danışdı. Övlad itgisi, cavan itgisi çox ağırdı.. Bir nəsildə bu itgi olursa onların bütün qohum əqrabası bu əzabı çəkir. bu sağalmaz bir yaradır. onunməlhəmi belə yox. N qədər ağlasaqda.. o qədər də qəlbimiz göynəyir. Yerləriniz rəhmət olsun Şəhidim. Allahdan Vüqar Mövlanova rəhmət diləyirik.
Atasının bir arzusu var onun adını əbədiləşdirək. Günəşli kəndində olan məktəb Muradov Namaz adınadır. Düşünürəm dha nə etmək olar Şəhidimiz Vüar Mövlanovun adını əbədiləşdirmək üçün kəndlərimizdə? Lerik rayon icra hakimiyyəti bu barədə daha dəqiq bir çıxış yolunun mümkünlüyü deyə bilər.



