1988-ci ilin yanvar ayı idi söz vaxtını çəkər, çünki yadımdadır qış imtahan sesiyasına hazırlaşırdıq. İnşaat Mühəndisləri İnstitutu indiki Memarlıq Universitetinin II kurs tələbəsi idim.
Qarabağ məsələsi o zamanlar ilk dəfə olaraq “TOPXANA” mesəmizin erməni quldurları tərəfindən yandırılması ilə başladı. Mənimlə yaşıd tələbələrin bu hadisələr xatirələrində silinməz izlər buraxıb. Biz universitetdən çıxıb Topxana deyə-deyə yola düşdük və yol boyunca digər İnstitutlar da bizə qoşulurdular. Beləcə gəlib çatdıq indiki Nazirlər Kabinetinin qarşısına. Bulvarla üzbəüz olan meydançada hamı yığılmağa başladı. Deməli artıq 32 ildir ki, başı bəlalı Azərbaycanımız bağrı yarılırdı bu dərddən… Bu bir cavan 20 yaşlı qızın keçirtdiyi ömür yolu idi. Bəli o zaman mənim 20 yaşım var idi. Hal-hazırda isə 2021-ci ildir. 1993-cü il Yanvarın 17 də bir hərbiçi ilə ailə qurası oldum . Oktyabrın 18-də Leyla adında bir qızımız oldu. Qarabağ müharibəsini evimizdə yaşadıq hər zaman. Bu ağrılı-acılı günlərimiz az ikən dekabirin 14-də 1994-cü ildə ailəliklə Naftalan şəhərində olarkən qızımız Leyla xəstələnərək bir gündə yüksək tempraturdan 2 dəfə qıc oldu (sudurqa). Sonradan bu hallar onda 6 yaşınadək davam etdi. Yoldaşımın xüsusi təyinatlı hərbi hissəsi orda xidmətdə olduğundan biz də orada idik. O zaman XTB “N” saylı hh Naftalan parkında yerləşdirilmişdi. Sanki bu tempratur o zaman bir epidemiya şəklində hamını 39-40 dərəcəyə qədər tuturdu. Qızımı bu vəziyyətlə 16 yaşınadək çatdırdım. Zalım fələk sanki bizi izləyirdi… 2009-cu ilin aprel aynın 16-da Leyla qızım hamamda çimərkən dəm qazından boğuldu… 13 gün toksikologiya xəstəxanasında qaldıqdan sonra 29 aprel bir dəfəlik sevimli cigərparam gözlərini yumaraq əbədiyyətə qovuşdu (((.
Beləcə həyatımızda ailəmizin növbəri qara səhifəsi başladı. Artıq 12 ildir ki, bala itgisi, bala dərdi çəkməkdən göz yaşlarım ağlamaqdan qurudu…, gözlərim zəiflədi eynəyə möhtac qaldım, yoldaşımla mənim saçlarımız bir ayın içində düm ağappaq ağardı… Amma mən özümə əzab verdikcə o da evə dönmürdü ki, dönmürdü.
Əzizlərim! hal-hazırda Azərbaycanımızda minlərlə şəhid, yaralı və qazilərimiz var. Allah şəhidlərimizə rəhmət etsin.
Hazırda müalicədə olanlara şəfa diləyirəm. Ana yurdumuz Azərbaycanımızın qeyrətli mərd oğulları vətən uğrunda canlarını fəda edərək Şəhidlər Xiyabanlarında sıralama düzülmüşlər.
Sizləri bilmirəm mən onların qəbirlərinin ortasında bir xeyli dayanıb fikrə dalmışam… sanki şəhid qanı ilə qan gölünə dönüb Azərbaycanımız.!!!
Bircəcik qızım Leylam əlimdən uçdu… Bala dərdini 12 ildri ki çəkirəm. Bu dərd bitən dərd deyil. Odur ki, şəhid anaları məndən inciməz.
Əziz şəhid anaları! Qara bağlamayın. Üzümü Azərbaycanımıza tutub bir ideyanı icra etməyimizi hamıdan rica edirəm.
Əziz xalqım ! Şəhid ailələrini ziyarət edəndə analara yaylıq bağışlayın. Qoy bu yaylıq bir şəhid analarını ziyarət simvolu olsun. Bu yaylığın rəngi çox önəmlidir: Narıncı, ağ , göy, yaşıl, boz və qəhvəyi yaylıq bağışlayın. Analara qara yaylıq verməyin. Analara qara yaylıq satmayın.
Azərbaycanımızın bütövlüyü uğrunda gedən müharibədə şəhid olan şəhidlərimizin anaları qara bağlamaz- deyin.
Şair Etibar Vəliyevin 2017-ci ildə yazdığı bir şeirini və videosunu sizlərə təqdim edirəm;
Nə olar tacir qardaş!
Qanımı qaraltmayın.
Siz daha qadınlara,
Qara yaylıq satmayın.
Sənə nə fərqi var ki,
Nə uduz, nə itirmə,
Ağ gətir, Yaşıl gətir,
Qırmızı yaylıq gətir,
Qara yaylıq gətirmə.
Qara yaylıq istəyən,
hər qadına, anaya,
Narıncı rəngini ver.
Onu bir az dilə tut,
Sonra de ki ay anam,
Qara rəng yoxa çıxıb,
Qara rəng göyə çıxıb.
Elə bu qara rəngdi,
Narıncı rəngə düşüb.
Ya da ki o anaya,
Qırmızı rəngi göstər.
De ki içi qaradı,
Onu qırmızı edən,
İçindəki yaradı.
Səcdə et, Təzim elə,
Öp ananın əlindən.
De ki Allah yanında,
Hər kim məqamə yetməz.
Ağ geyinən şəhidin,
Anası qara geyməz.
Bəsdi qara geyindik,
Qana qan deyən vaxtdı.
İndi ağ günə çıxıb,
Qırmızı geyən vaxtdı.
” DODO ” qəzetinin baş redaktoru
İradə Məlikova.