TurkAzİnfo ÜmidTv-yə istinadən xəbər verir ki, Astara rayonunda vəziyyətin acınacaqlı olması vətəndaş şikayətlərindən açıq aydın görünür.

Hər zaman deyirik ki, ədalət hüququn təməlidir.  Hər bir demokratik hüquqi dövlətdə üç əsas prinsip-Qanunçuluq, Humanizm və Ədalət prinsipləri dövlətin əsas sütununu təşkil edir.  Dövlətin təməl daşı olan ədalət, vətəndaş hüquqlarının qorunmasında da önəmli rol oynayır. Azərbaycan Respublikasında da bu əsas amillər öndə tutulan amillərdir. Görəsən ölkəmizdə vətəndaş hüquqları necə qorunur?  Vətəndaş – məmur münasibətləri hansı həddədir.?

Astara rayonundan şikayət var !

Astara rayon Ərçivan kənd sakini, ailə üzvləri 4 nəfərdən ibarət olan, xəstəlikdən əziyyət çəkən Kərimov Radik İsmayıl oğlu, bizə müraciət edərək ona köməklik göstərməyimizi xahiş etmişdir.

Şikayətçi bildirir ki, ailə tərkibi 4 nəfərdir, evsiz-eşiksizdir, kirayədə yaşayır, özü xəstə olmaqla ailəsində işləyəni yoxdur. Qeyd edir ki, vəziyyətləri çox ağırdır. Vəziyyət o dərəcədə ağırdır ki, kirayə haqqını, kommunal xərcləri və hətta yemə

yə belə pul tapmırlar. Ümumi vəziyyəti ilə bağlı bütün aidiyyatı qurumlara müraciət etsə də nəticəsi olmamışdır. Hətta rayon İcra hakimiyyətinə və Astara rayonunu Milli Məclisdə təmsil edən deputata da müraciət edib. Lakin bu günə qədər şikayətləri qulaq ardına vurulub.

 

Şikayətçi bildirir ki, dəfələrlə Astaranın deputatının köməkçisi ilə əlaqə yaratsa da hər dəfə deputat köməkçisi, “deputatı bu məsələlərə görə narahat etmək olmaz” deyərək ona zəng etməməyi bildirib.

Maraqlısı odur ki, cənab deputatın köməkçisi bu ifadəni işlədərkən nə demək istəyib görəsən.?  Görəsən cənab deputatı hansı məsələyə görə seçici narahat edə bilər?  Ümumiyyətlə cənab deputat seçiciləri ilə görüşürmü?  Şikayətçi Astara sakini deyilmi?  Vətəndaş niyə deputatdan və icra başçısından narazılığını dilə gətirmək, ona köməklik göstərmək üçün media-mətbuata üz tutmalıdır?  Rayon sakinininin üzləşdiyi problemlə kim məşğul olmalıdır?

Bütün bu suallara növbəti həftə Ümid Tv Azərbaycan kanalının canlı efirində cavab tapmağa çalışacağıq.

Ölkədə Pandemiyanın tüğyan etdiyi bir dönəmdə vətəndaşın ağır durumunu nəzərə almayıb ona üz çevirən hər bir məmur və aidiyyatı məsul şəxs öz layiqli cəzasını almalıdır.

Şikayətçinin bəhs etdiyi sözügedən şəxslərlə əlaqə qurmaq istəsək də istəyimiz baş tutmadı.

Qarşı tərəf mövqeyini bildirə bilər.