İzahı olmayan, əcdadlarımızdan bizə miras qalan qədim Noda kəndimiz.
Noda toponiminin izahına şox cəhdlər olub, lakin dolğun izah ortaya qoyulmayıb.
Çünki, bu toponimin izahına düzgün mövqedən yanaşılmayıb. Mən özüm də bir neçə dəfə fb səhifələrində buna cəhd etmişəm, amma tutarlı bir fikir bildirə bilməmişdim. Buna baxmayaraq araşdirmadan da əl çəşmək fikrində olmamışam. Parfiya tarixini araşdırarkən bəzi məlumatlar əldə elədim. Məni tanıyanlar, qədim Şərq tarixinə baxışımdan xəbərdar olanlar bilirlər ki, Qədim Şərq, o cümlədən müasir Talış zonasının (Xəzərin cənub-qərbinin) qədim tarixi saxtalaşdırılıb. Bu gün bizə təqdim olunan Qədim Şərq tarixinin Xəzərin cənub-qərb ərazilərini əhatə edən hissəsi içalatı çıxarılmış quş müqəvvqsını xatırladır. Bü muqəvva uzaqdqn canlı görünsə də əslində cansız bır əşyadır. Xəzərin cənub-qərbini əhatə edən Talış xalqının tarixi də həmin muqəvvanı xatırladır. Qədim tarix üzrə biliyi az olan insanlar bir-iki kitab oxuyan kimi özunu nəhəng tarixçi hiss edir. Lakin onlar bilmirlər ki, oxuduqları kitablar Talış tarixinin özü yox, müqəvvasıdır. Mən özüm də tarixçi deyiləm. Amma, müqəvva ilə canlı quşu yaxşı ayird edə bilmirəm.
Bəzi oxucular sual edə bilərlər. Müqəvvanın tarixə nə dəxli var? Var. Xüsusən Talış xalqının tarixinə dəxli lap çoxdur. Diqqətlə fikir verin. Hər kəs quş müqəvvası düzəldə bilər. Kimisi müqəvvanın içinə ot, kimisi saman, kimisi mamır, kimisi müasir sintetik məmulat doldura bilər. Ancaq müqəvva həmin müqəvvadır. Bu günkü Talış tarixi də həmin müqəvvanın günündədir. Qədim Talış tarixinin əsasını təşkil edən Morqonə (Marqiana), Niseya (Parfiya), Hirkaniya, Pekuti (Baktriya) kimi kiçik dövlətlər və bu dövlətlərlə bağlı olan şəhərlər, böyuk şəxsiyyətlər məxsus olduqları Talış torpaqlarında qoparılaraq İranın şərqinə və əsasən də Orta Asiya Əfqanıstana köçürülüblər. Bu saxtakarlıqlar Talışın tarixi keçmişini müqəvvaya çevirib.
Son zamanlar Talış ziyalıları müqəvvaya çevrilmiş Talış zonasının tarixini daha çox Kadusilərlə doldurmaga çalışırlar. Bu yanlış yoldur. Tarixçilər ələlə verib Qədim tariximizdən qoparılmış halal tariximizi geri qaytarmağa çalışmalıdırlar. Yoxsa Kadusi gəldi, Kadusi getdi ilə həm yerə çıxmaq olmaz.
Uzun illərdir ki, Talış ziyalılarının fikrini bu məsələyə cəlb eləməyə çalışıram. Çox təəssuf ki, onlar saxtakar tarixçilərə zuy tutmaqla məşğul olmağı daha üstün tuturlar. Mən isə yolumdan dönmədən irəliləmək fikrindən dönmək istəmirəm.
Riyaziyyatda kvadrat tənlikləri həll eləmək üçün ,,DİSKRİMİNANT” tapmaq lazım olur. Parfiya, Marqiana, Hirkaniya, Baktriya dövlətlərinin də Qədim Talış tarixinə aid olmasını sübut eləmək üçün bizə DİSKRİMİNANT lazımdır. Əslində antik mənbələr bızə həqiqəti üzə çıxartmaq üçün çoxlu faktlar verir. Lakin bir qrup saxtakar Sovet tarixçisi, başda Struve (İqrar Əliyevin “Midiya Tarixi” kitabının elmi redaktore və rəyçisi) olmaqla Orta Asiyada Qədim Misir mədəniyyətinə bərabər bir mədəniyyət oldugunu iddia etdilər. Bunun üçün Zərdüşt peyğəmbəri Orta Asiya sakininə çevirdilər. Onun “Avesta”sını və orada təsvir olunmuş coğrafi məkanlar olan Baktriya, Parfiya, Marqiana və Hirkaniyanı da saxta xəritələr cızaraq əbədi olaraq oralara bagışladılar. Bu ölkələrin Berosun, Ktessinin, Herodotun, Strabonun, Plutarxın, Arrianın və digər səlnaməçilərn əsərlərində verilən koordinatladan açıq aydın məlum olur ki, Orta Asiyaya heç bir aidiyyatı olmamışdır.”Avesta”da Niseya (Parfiya) Marqiana ilə Baktriya arasinda oldugunu yazır. Niseya qədim dünyanın məşhur at cinsini yetişdirən ölkədir. Herodot Niseya atlarını Mıdiya atı adlandırır. Midiyanın şərq sərhədi Tehrandan o yana keçməmişdir. Farslar Niseyanı Parfiya adlandırırlar. Parfiya dövlətini Arşak başda olmaqla Değ və Pornəym tayfaları qurub. Parfiya indiki Yardımlının və Lerikin bir hissəsini əhatə edib. Baktriya isə Buzeyir, Veri və Həmat arazilərini təşkil edirdi. Marqiana isə müasir Mugandır.
İlqar Səfərov
Lerik, Noda
(Ardı var)