Qəhrəman şəhid mayor İbadov Aqşin Nazim oğlu 24 avqust 1984-cü il Lənkəran rayonunun, Boladi kəndində müəllim ailəsində doğulub.1990-cı ildə Boladı kənd 1 saylı orta məktəbininin birinci sinifinə ilk addımını atıb. Orta məktəbdə oxuyarkər hər zaman birincilər sırasında adı çəkilib. Baxmayaraq ki, bilik və bacarığı yüksək idi, o qardaşlarının arxasınca gedərək 2001-ci ildə orta məktəbi bitirərək Heydər Əliyev Adına Azərbaycan Ali Hərbi məktəbinə yüksək balla qəbul olaraq 2005-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbini Xüsusi təyinatlı kəşfiyyat ixtisası üzrə bitirərək Azərbaycan Ordusunun Təlim və Tədris mərkəzində bir il ixtisas kursu keçmişdir. İlk xidmətinə Ağstafada yerləşən N saylı hərbi hissədə başlayaraq həmin vaxtdan bütün şəxsiyyət arasında hörmət qazanmışdır. Vətənsevər, mərd, alicənab, diqqətli, xidmətinə məsuliyyətlə yanaşan, işini bilən Aqşin 2009-cu ildə xidmətini davam etdirmək üçün Göygöl rayonunda yerləşən hərbi hissədə kəşfiyyat bölüyünün komandiri, 2011-ci ildə yeni təyinatla Mingəçevirdə yerləşən hərbi hissədə kəşfiyyat
bölüyünün komandiri, 2014-cü il xidmətini davam etdirmək üçün yuxarı vəzifəyə çəkilərək Gədəbəydə yerləşən hərbi hissəyə Kəşfiyyat bölməsinin rəisi vəzifəsinə təyin olundu. Hər zaman işini vicdanla yerinə yetirən, qarşıya qoyulmuş tapşırığı ləyaqətlə yerinə icra etdiyinə görə 2018-ci ildə Ali təhsil almaq üçün Hərbi akademiyaya göndərildi. Silahlı Qüvvələrin Hərbi Akademiyasına yüksək balla qəbul olunaraq harada təhsil almaq üçün seçim etdi. Aqşin təhsilini Türkiyədə davam etdirmək istədi. 2019-cu ilin yanvar ayında Türk Silahlı Qüvvələrinin Milli Təhlükəsizlik Akademiyasında həm akademik təhsil, həm də eyni vaxtda magistr təhsili alaraq 2021-ci il sentyabr ayında Azərbaycana gələrək Müdafiə Nazirliyinin Xüsusi təyinatlı birləşəməsində yeni vəzifəyə başladı. Azərbaycanın igid oğulları ilə birlikdə 28.09.2020-ci il tarixindən Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərərək döyüşün 23-cü günü Hadrud yaşayış məntəqəsindən Tuğ kəndi istiqamətində döyüş zamanı qəhrəmancasına Şəhid oldu. Ailəli idi. Döyüşlər başlamazdan 12 gün öncə Zeynəb adlı qızı dünyaya gəlib. Atasını yalnız 12 gün görən Zeynəb onu öz isti nəfəsilə son mənzilə yola saldı.
Aqşin türk, rus, ingilis dillərində səlist danışırdı.
O, şəhid olduqdan sonra üzərindən tapılan məktubda 14 günlük qızına və doğmaların tək yadigar olaraq bu sözləri yazmışdı:
“Gözəl qızım, sən həyatını Vətənimizin azad olunmasına həsr etmiş Azərbaycan zabitinin qızısan, başını dik tut”
Vətən Müharibəsində 2 qardaşı ilə birlikdə döyüşən, Tuğ kəndi istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olan, adına Afrikanın susuz ərazisində bulaq tikilən kəşfiyyatçı şəhid mayor Aqşin İbadov.
Təltifləri: — III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı
(26.06.2008) — “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
(26.06.2013) — “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
(26.06.2015) — III dərəcəli “Qüsursuz xidmətə görə” medalı
(26.06.2018) — “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
(26.06.2020) — II dərəcəli “Qüsursuz xidmətə görə” medalı
(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(24.12.2020) — “Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)
(29.12.2020) — “Kəlbəcərin azad olunmasına görə” medalı (ölümündən sonra)
Əlavə olaraq Xocavəndin azad olunması medalı, Rəşadət ordeni ilə təltif olunmuşdur.
24 Avqust 2021-ci il tarixində Vətən Müharibəsinin qəhrəmanlarından biri olan Lənkəran rayonunun Boladi kəndində anadan olmuş şəhid mayor Aqşin İbadovun doğum günü doğulub boya-başa çatdığı doğma Boladi kəndində qeyd olundu. Tədbiri qardaşları Emil, Cəmil və Məmmədhüseyn birlikdə kənd ictimaiyyətinin dəstəyilə ərsəyə gətirmişdilər. Tədbirdə Lənkəran şəhər icra hakimiyyətinin rəsmi nümayəndələri, din xadimi Hacı Sədi Axundzadə, Boladi kənd icra nümayəndəsi Nizami Hüseynov və müavinləri Əbülfət Cavadov, Ziatatay Rzayev, Boladi bələdiyyəsinin sədri Salman Dadaşov, bələdiyyə üzvləri, kəndin din xadimləri Hacı Nail Səfərov, Hacı Rövşən Bağırov, Zamin Məmmədov və digərləri iştirak etmişlər.
Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və müavini Möhübbət Hüseynov və digərləri işi ilə əlaqədar günün sonuna yaxın məzarlığa gəlmiş və şəhidin ailə üzvləri ilə birlikdə şəhid mayor Aqşin İbadovun məzarını ziyarət etmiş və gül-çiçək dəstələri qoyaraq xatirəsini anmışlar.
Allah rəhmət eləsin. Şəhadətin mübarək olsun Şəhidim!