Çingiz 2018-ci ildə orta məktəbi bitirib sənədlərini Bakı Biznes Kooperasiya Kollecinə təqdim edir və kol-lecə daxil olur.Çingiz Sulduz oğlu Babayev 21 sentyabr 2001-ci il-də Lerik rayonunun Mistan kəndində anadan olub. 2007-ci ildə Mistan kənd natamam orta məktəbinin 1-ci sinfinə getmiş, 2014-cü ildən təhsilini Qosmalian kənd orta məktəbində davam etdirmişdir.

2019-cu ildə Lerik Rayon Hərbi Ko missarlığı tərəfin-dən həqiqi hərbi xidmətə çağırılaraq Milli ordu sıraları-na göndərilir.

Kasıb bir ailədə boya-başa çatan Çingiz hər kəsin sevimlisi olmuşdur. Hər zaman şəhadət arzusuyla yaşa-mış, bu istəyini ailəsinə bildirməkdən də çəkinməmişdir. Bütün varlığıyla Vətənə bağlı olan bu gənc qəhrəman sonunda arzusuna çatmışdır. Kəndliləri onun şəhadət xəbərini alanda buna heç vəchlə inanmamışlar. Çingiz həm də ailənin tək övladı idi.

27 sentyabr 2020-ci ildə Qüdrətli Azərbaycan ordusu düşmən taptağında olan torpaqlarımızın azadlığı uğ-runda mübarizəyə başlayır. Çingiz də yurdumuzun di-gər vətənpərvər övladları kimi bu mübarizədə iştirak edir və qəhrəmanlıqlar göstərir.

Çingiz Babayev 10 oktyabr 2020-ci ildə Suqovuşa-nın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancası-na şəhid olur.

Şəhidin üçrəngli Azərbaycan bayrağına bürünmüş nəşi doğulduğu kəndə gətirilərək ehtiramla torpağa tap-şırılır.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsin-də xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman gös-tərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərd-liyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Çingiz Babayev ölü-mündən sonra “Vətən uğrunda” və “Laçının azad olun-masına görə” medalları ilə təltif edilir.

 

Şahin Afət oğlu Tahirli 17 sentyabr 2001-ci ildə Lerik rayonunun Züvüç kəndində anadan olub. 2007-ci il-də Şəhid Bünyadəli Pələngov adına Züvüç kənd tam orta məktəbinin 1-ci sinfinə gedib.

Orta məktəbi bitirib 2018-ci ildə Mingəçevir Turizm Kollecinə daxil olur. 2019-cu ildə kollecin 1-ci kursunu bitirib həmin ilin oktyabr ayında hərbi xidmətə yola salınır. Üç ay 704 saylı hərbi hissədə xidmət etdikdən sonra 181 saylı hərbi hissəyə göndərilir. Xidməti zamanı bacarıqlı, nizam-intizamlı, mədəni əsgər kimi komandir-lərinin hörmətini qazanır. Komandiri dəfələrlə Şahinin valideynlərinə zəng edərək belə bir övlad yetişdirdikləri üçün onlara təşəkkürünü bildirir.

27 sentyabr 2020-ci ildə Qüdrətli Azərbaycan ordusu düşmən tapdağında olan torpaqlarımızın azadlığı uğ-runda mübarizəyə başlayır. Şahin Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edir. Son döyüş yeri isə Şuşa şəhəri olur.

Şahin Tahirli 07 noyabr 2020-ci ildə Daşaltı kəndi ətrafında gedən döyüşlər zamanı əsgər yoldaşları ilə mühasirəyə düşür. Şəhid olan əsgər yoldaşını döyüş mövqeyindən çıxarmaq istəyərkən özü də qəhrəman-casına şəhid olur. Onun şəhidlik xəbəri noyabr ayının 22-də gəlir. 23 noyabrda şəhidin üçrəngli Azərbaycan bayrağına bürünmüş nəşi döğulduğu Züvüç kəndinə gətirilərək ehtiramla torpağa tapşırılır.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsin-də xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman gös-tərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərd-liyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Şahin Tahirli ölü-mündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilir.

Xalid Mahmud

Lerik, Şivlə