CƏNA HEYDƏR ƏLİYEV
Onunla görüşdüm, hündür, zəhimli,
İti baxışları mehriban, ötkəm.
İncə təbəssümü solğun, çəkimli,
Tunc ay sifətində mərdanə görkəm.
-Səni tanıyıram-dedi-yaxşı mən,
Sən Azər Azərsən, bu xalqın oğlu.
Sənətlə, şeirlə, ürəklə bənd-bənd,
Bu yerə, bu xalqa, bu yurda bağlı.
Sənə hamıdan çox inanıram mən,
Sən alver etmirsən sözünlə, şair.
Yaz, göstər bu xalqı çox-çox qədimdən,
İlhamla, biliklə, dözümlə, şair.
Mən öz Vətənimə bir də dönmüşəm,
Xalq özü çağırıb səsləyib məni.
Bu xalqdır, tanrıdır, bir də ki, bəşər,
Bu üçlük ölümdən gözləyib məni.
Mən təzə dünyaya bir də gəlmişəm,
Səninlə yaşıdam, çağdaşam şair.
Bunu Tanrı bilir, bir də ki, bəşər,
Tanrıyla qohumam, qardaşam, şair.
Bizi gizlədiblər çox-çox yazanlar,
Hərə öz xalqını yazıb qabardıb.
Doğruya oxşayan, doğru yalanlar,
Bizdəndə bir tarix, bir ad qopardıb.
Mən dedim-Sən xalqın ağsaqqalısan,
Rəhbər işləsəndə, işləməsəndə.
Səndən haqq diləyir, ey böyük insan,
Allahdan, özündən, xalqdan küsəndə.
Haqqın yolu olu ağırdır,
Haqq dedin, bu millət haqq qovuşdu.
Milləti yaşadan, gücdür ağıldır,
Sənin bayrağından millət yapışdı.
Bu gundə haqq deyib çarpışmaqdasan,
Haqdır istiqlalın bu ağır yolu.
Tanrı vergisidir, ey böyük insan,
Qırışmaz alnınla, yenilməz qolun.
Hörümçək bürüyüb üç yandan bizi,
Məkr, yalan, tamahda dolaşıb ona.
Səni göndəribdir Tanrımız özü,
Yeni can verəsən Azərbaycana.
Sizin tapşırıqdan sevinirəm mən,
Azərbaycan xalqı ən qədim xalqıdır.
Bu haqlı sözlərin tutar əlimdən,
Xalqın da, özündə, sözündə haqdır.
Dəyişir dünyanın hökmüylə zaman,
Dəyişir dünyanın köhnə gedişi,
Rəhbərim, nə yaxşı sən tapşırırsan.
Mənə bu müqəddəs ağır işi.