Lənkəranda, Talışinskilərin doğulub boya-başa çatdığı binaya professor Talışinskinin xatirə lövhəsi vurulub.
Lövhədə yazılıb: Görkəmli alim-otorinolarinqoloq, həkim-klinisist, cərrah və pedaqoq, Böyük Vətən müharibəsi veteranı, professor Talışinski Abas Mehdi oğlu Talışinsiy 1924-cü ildə bu ünvanda doğulmuş və 1955-ci ildən ömrünün sonuna-2005-ci ilədək Rusiyada yaşayıb-faliyyət göstərmişdir. Ryazan vilayətində ilk dəfə olarar LOR profilli klinika yaradıb ona rəhbərlik etmişdir. Gərgin iş rejiminə baxmayaraq, vaxtaşıtrı ata yurduna ziyarət etmişdir.
Açılış noyabrın 26-da baş tutub. Tədbirdə Lənkəran şəhər İcra Haimiyyətinin başçısı Taleh Qaraşov və rayonun hüquq mühafzə orqanlarnın rəhbərləri iştirak ediblər. Tədbiri 5 saylı məktəbin director müavini Fətullayev Cəfər müəllim açmış Abas Mehdi oğlu Talışınskinin həyat yolundan qonaqlara geniş məlumat vermişdir.
Tədbirdə Taleh Qaraşov çıxış edərək demişdir:
-Dünya şöhrətli alim, görkəmli professor Lənkəranda dünyaya göz açıb. Bu əsarəngiz torpaq müxtəlif sahələr üzrə bir çox alim professor, tədqiqatçı və dahi şəxsiyyətlər yetişdirib. Bu gün fərəhlə qeyd etmək istərdim ki, dünya səviyyəsində tanınan alimlərdən biri də bu torpağın yetişdirməsi olan Talışinski Abas Mehdi oğludur. Bu dahi şəxsiyyətlər Azərbaycanı öz uğurları ilə dünya səviyyəsindəə tanıdıblar. Talışinski Abas Mehdi oğlu ilə bu gün biz fəxr edirik. Onun əməlləri tarixə dönüb. Bəli zəhmət heç vaxt yerdə qalmır. Ölmündən 15 il sonar bu professorun keçdiyi həyat yoluna verilən ən böyük dəyərdir.
İcra başçısı Taleh Qaraşov layihənin təşəbbüskarı Əzizağa Talışinskiyə rayonun ziyalları, ümumən ictimayyəti adından öz təşəkkürünü bildirib.
Abas Mehdi oğlu Talışınskinin qardaşı Əzizağa Talışıinski İcra başçısı Taleh Qaraşov və rayon içtimayyətinə öz səmimi minnətdarlığını bildirmişdir.
O qardaşı Talışinski Abas Mehdi oğlunun rəşadətli həyat yolundan danışdı.
Qardaşım orta məktəbi Lənkəranda 4 saylı məktəbdə bitirib. 1944-cü il Azərbaycan tibb İnstitutunu bitirdikdən dərhal sonra cəbhəyə göndərilib. Sovet Ordusu sıralarında olarkən Polşanın və Belarusyanın azad olunmsı, Berlinin alnması əməliyyatlarında iştirak edib 1945-ci ildə qalib qoşunların paradında iştirak edib. Böyük Vətən müharibəsi veteranıdır. 1950-1955 Moskvada olub ordinaturanı və aspiranturanı bitrb. 1955-2204 Tibb Unvrstitində işləyib. SSRİ də ilk dəfə olaraq Ryazan vilayətində LOR profilli klinika yaradıb ona rəhbərlik etmişdir.
Əzizağa Talışinski eyni zamanda Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın və müzəffər ordumuzun qələbəsini vurğulamış və dahi şairimiz Səməd Vuğunun gənclərə məktub məqaləsindən bir bənd şeirinə yazdığı nəzirəni oxuyub:
Dünya liderleri döyüşə gəlsin,
Hər əsgər cəbhədə qəhrəman olsun.
Liderlər ordusu səf-səf düzülsün,
Cənab İlham Əliyev və Ərdoğan komandan olsun.
Yaşasın Azərbaycan xalqı.
Tədirdə Abas Talışinskinin qardaşı oğlu “Uzman doktor” Aydın Talışinski əmisi haqqında çox qururla danışaraq onun bu zirvəyə yüksəlməsində həm əmisinin, həm də atasının keçdiyi bu zəfərli, uğurlu həyat yolu olduğunu vurğulayıb. Tədbirə gələn və bu işdə əməyi olan bütün qonaqlara öz minntdarlığını bildirib.
https://rzn.mk.ru/social/2020/09/17/v-ryazani-otkryli-memorialnuyu-dosku-professoru-talyshinskomu.html?fbclid=IwAR0A3zvhkT8tYa-EKNhqBuj5hrEfpATxw24bB3wYRcE6nh0Ku3Iy12WQ_Xo
İrada Məlikova