Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.”DODO” redaksiyası həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir. Baş verən helikopter qəzası xeyli sayda seçilən igidlərimizi bizdən aldı. Üzücü hadisədir. Allah rəhmət eləsin. Həlak olan hərbiçilərin ailələrinə dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyir, yaralıların tezliklə sağalmasını arzulayırıq.
Qəzada həlak olan heyəti:
1.Polkovnik Fizuli Cavadov
2.Polkovnik-leytenant Emil Nəzirov
3.Mayor Elmir Həsənov
4.Mayor Elbrus Əhmədov
5.Mayor Emil Mayılov
6.Mayor Murad Məmmədov
7.Mayor Emil Əliyev
8.Tibb xidməti kapitanı Ceyhun Əhmədxanov
9.Kapitan Cavid Bayramlı
10.Kapitan Xəyyam Əliyev
11.Kapitan Teymur Qaraisayev
12.Leytenant Abdulla Süleymanov
13.Baş leytenant Fərid Nağıyev
14.Texniki işçi Elçin Nəbiyev
Polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov isə yaralıdır.
Dəhşətli hadisədə həyatını itirən hərbçilərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm!
BAŞIN SAĞ OLSUN VƏTƏN!