Vətən Müharibəsinin Astara şəhidlərinin xatirəsinə həsr olunan iki kitabdan biri, nəhayət ki, çap olunub.

Bakı şəhərində, 8 noyabr “Zəfər Günü” şair, publisist Kamalə Abiyevanın “41” adlı kitabı işıq üzü görüb.

İkinci Qarabağ savaşının 41 şəhidindən bəhs edən kitabda Astara şəhidlərinin xatirəsinə həsr olunan esselər yer alır.

Astara şəhidlərinin xatirəsinə yazılan “41” kitabı “N print MMC” nəşriyyatında çap olunub.

Bu kitabın  nəşrində demək olar ki, zəhmətim var.

Bildiyiniz kimi 2 ay əvvəl rayonlarmızın şəhidləri haqında kitab yazarları ilə görüşüb videolar çəkmişəm.

Lənkaran, Lerik və Masall şəhidləri haqqında olan kitablar tam hazır olsa da, Astara şəhidləri haqqında kitabın maliyyəsi olmadığından nəşr edilməmişdir. Kəmalə Abiyevanı redaksiyamıza  dəvət etdim, çox sağ olsun ki, dəvətimizi qəbul edib gəldi. Gözəl görüşümüz oldu. Bu  xəbəri sosial  şəbəkədə paylaşdım. Kəmalə xanıım Abiyeva ilə söhbətdən anladım ki, maliyyə olmadığından kitab nəşr edilmir, həm də hələ 11 şəhid haqqında  məlumat toplamaq lazım idi. Kəmalə xanımı Astaranın Pensər kəndində yaşayan Ramin Əliyevlə tanış etdim. Lazımi köməliklər edildi ki, şəhidlər haqqında kitab Zəfər Gününə qədər kitab çapdan çıxsın. Məhz Ramin və bizim köməyimiz ilə Kəmalə xanımı sponsora yönəltdik. Çox sağ olsun deyirik ki, zəhməti keçən hər kəsə, bu maliyyə dəstəyi üçün ən əsasən da “N print MMC” nəşriyyatına.

İndi isə sizlərə Astara rayon qəzetinin jurnalisti Gülnar Əsədli barədə  məlumat vermək istəyirəm. Artıq 34 ildir ki, bu xanım Astara qəzetinin jurnalistidir. İşlədiyi illər ərzində baş redaktorların olmağına baxmayaraq qəzetin bütün çətinliklərini öz çiynində daşıyıb. Gülnar xanımında Astara şəhidlərinin hər biri haqqında yazılarını həm oxumuşdum, həm də öz qəztimizdə onun öz imzası ilə vermişdik. Odur ki, onun da 41 şəhid haqqnda məlumatların hazır olduğundan xəbərdar idim. Ötən ay ona zəng etdim və eyni sözü eşitdim ki, şəhidlər haqqnda  məlumatlar hazırdır. Nəşrə maddi dəstək olunsa, şəhidlər haqqında məlumatları kitab halına tez bir zaman sala bilərəm.

-Üzümü xeyirxah insanlara tuturam ki, şəhidlikləri ilə tarix yazanlar haqqında kitab nəşr etdirmək özü bir şərəf və tarixdir.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO