“DODO” qəzetinin redaksiya
heyytəti adından heyyətin üzvü
LDU-nun müəllimi, tarix üzrə fəlsəfə
doktoru Leyla Məcidovanın anası
Əminə xanımın vəfatı ilə əlaqədar
kədərləndiyimizi bildirir və Leyla
xanıma dərin hüznlə başsağlığı
veririk. Allah yerini rəhmət eləsin!
ANAM
Sənin gedişinlə ay mehribanım.
Elə bil dünyanın nuru azalıb.
Həyat eşqi ilə yanan günəşin,
Baxıram elə bil rəngi sozalıb.
Mənimlə bərabər sanki kainat,
Sənin ölmünə matəm saxlayır.
Hər ağac kədərlə başını əyib,
Bəlkə də, mənimlə birgə ağlayır.
Anacan ayrılıq nə böyük dərddi,
Gedişin könlümə bir yara əkdi.
Gəzirəm qoynunu sığınmaq üçün,
Heyif səni torpaq bağrına çəkdi.
Göz yaşım yandırır bir alov kimi,
Sızlayır kaman tək qəlbimin simi.
Dalıb fikirə,düşüb yollara
Ana səsləyərək çağırım kimi?
Həyatım puç oldu,sən işıq saçdın
Körpə qızlarıma,sən qucaq açdın.
Hər zaman qayğıyla yanaşıb ana,
Mənim kədərimi öz dərdin sandın.
Sənsiz buz kimidir ,soyuq otaqlar,
Sobanı yandırdım qızmadı ana.
Sənin bu yoxluğun üşüdür məni,
Ürəyim kimsəylə isinmir ana.
Ay Cənnət mələyim balam de səslə,
Axı səsinədə həsrət qalmışam.
Sənin baxışına,o gözlərinə,
Axı mehirinə həsrət qalmışam.
Nurüzlüm,baxıram şəkillərinə,
Bəlkə birazda ovunum deyə.
Yox-yox barışmıram yoxluğunla mən,
Sığışmır göynərtim nə göyə, yerə.
Gəl barı arada yuxuma mənim,
Ovut əvvəlki tək sən məni ana.
Bu fani dünyada ölümünlə mən
Bir Cənnət itirdim əbədi Anam
Rəssam Adil Əsədli
Lənkəran Dövlət Universiteti
Tarix üzrə fəlsəfə doktoru
Baş müəllim
Məcidova Leyla Qadir qızı