Emil Tağıyev 1994 cü il aprelin 20-də Astara rayonunun Kijəbə qəsəbəsində anadan olmuşdur. Orta təhsilini Tüləgüvan kənd tam orta məktəbində almışdır. 2007-ci ildə Astara uşaq musiqi məktəbində xanəndəlik üzrə təhsil almış, 2009-cu ildə keçirilən “Ana dilimizi sevək sevdirək ” müsabiqəsində mahnı kateqoryasında 1-ci yeri tutaraq qızıl medalla təltif olunmuşdur. 2009-cu ildə Bakı Mədəni-maarif texnikumuna daxil olmuş xanəndəlik üzrə təhsil almışdır. 2013-cü ildə kolleci bitirmiş və 2015-ci ildə Ojakəran Kənd Diyarşünaslıq klubuna müdir vəzifəsinə təyin olunmuşdur. 2021-ci ildə Lənkəranda Səs Azərbaycan yarışmasının seçimlərində iştirak etmiş və görmədən seçmələr mərhələsində Brilliant xanımın ürəyini fət edərək onun komandasına daxil olmuşdur. Mərhələləri uğurla keçərək finala vəsiqə qazanmışdır. Emil Tağıyev Cənub bölgəmizi təmsil edir gəlin dəstək olaq qalib edək. Hər aperatordan 1 səs (50 qəpik).