Bu yaxınlarda Hilal Mmmədov və Könül Rəsulinin feyzbokda bir video çəklişlərinə baxdım və çox təsirləndim. Bu video sovetlər dövündə çox məhşur bir sənətkardan, Züleyxa Rəhimi haqqında idi. Xanımın ən azı 80 yaşı olar. 19-cu əsrdə ata-anası Lənkərandan Bakının Bülbülə kəndinə köç ediblər. Züleyxa xanımın ifasında bir neçə mahnı dinləmişəm. Gözəl səsə malik bu xanım bu yaşında da öz səsinin şirinliyin belə itirməyib. Hələki Züleyxa xanım barədə çox az məlumatlıyıq. 70-ci illər Neft texnikumunda bədii rəhbər vəzifəsində çalışıb. 15 yaşından onun səsi televiziya dalğalarından gəlir. Sevimli müğənni Şövkət Ələkbərova, Arif Babyevlə, Canəli Ələkbərovla işləyib. Canəli Əkbərov və Vamik Məmmədəliyevlə qastrol səfərlərində rəngarəng konsert proqramları ilə çıxış edib. Şəmkirdə, Tovuz rayonunda, Əhmədlidə 636, Kürdəxanıda 981 cəbhə bölgələrində yadda qalan konsertlər təşkil edib. Züleyxa Rəhimli 1988-ci ildən Kürdəxanı mədəniyyət evində ansambılın bədii rəhbəri və metodist vəzifələrində çalışır. Onun yetirmələri Samikr Kərimov, Banu Ələsgərova,Yeganə Rəhimxanova, Orxan İsayev professiopnal bir müğəni kimi şöhrət qazanıblar. Züleyxa Rəhiminin 50-dən artıq Azərbaycan xalq mahnıları, talış dilində “Segah”,”Bayatı Şiraz”,”Çahargah” muğam və mahnıları Araz ansambılının bədii rəhbəri Ağasəlim Abdullayevin ansambılı ilə ifa olunub.

Züleyha Rəhimi haqqında bildiklərimiz bu qədərdir.

Hal-hazırda Kürdəxanıda yaşayır. Redaksiya heyyəti və Dodo-Tv ilə Züleyxa xanımın yanına gedib ondan geniş müsahibə almaq ümidi iləsizlərdən ayrılırıq.

“Dodo”