Sentyabr ayında mənə zəng gəldi. Pərvanə adında bir xanım idi. Özü barədə məlumat verdi ki, o İctimoi Radioda çalışır və talış musiqisi, mahnıları və folklor nümunəlri barədə sualları var. Əlaqə nömrəmi də elə Folklor İnstitutunun əməkdaşları verdiyini bildirdi. Mən isə Talış mahnıları və musiqisi barədə məlumatlar toplayıb verlişdə səsləndirməli idim. Beləliklə indiki internet və mobil telefonlardan istifadə edərək araşdırmalara başladım.
Həvəslə zəng edib müxtəlif cavablar aldım. Onlarla sizləri də tanış etmək borcumdur: Allahverən Nəzərov, Camal Lələzoə, Xanlar Həmid, İsrail Məmmədov, Rəhim Huseynov, Fərbiyə Şabanov, Şadoğlan Bayramov, AydınXan Əbilov və Akif Dənziyev.
DÜŞÜNÜRƏM KI, BU SAHƏDƏ GENIŞ TƏDQIQAT APARMAQ LAZIMDIR.
Şadoğlan Bayramov: Ü. Hacıbəyovun təşəbbüsü ilə 1930 cu ildə “TALIŞ XALQ MAHNILARI” yığılıb. Düzdür indiki müğənnilərin də öz yaradıcılıqları və öz bəstələri var. 1930-cu illərə qədər musiqilərin toylatına İranın “Nəmin” şəhərindən müğənnilər gətirilirdi. Hətta Zeynalabdin Tağıyev Astara şəhərindən bir çox insanları Təbrizə musiqi təhsili almağa göndəriridi. Talış toylarında Astaranın öz lotusu olub. O toyu idarə edib. O, həm də ərkiyanə hərəkətlər edirmiş həm də təlkəxlik. Bu barədə bunları Astaradə Lotu Ələsgərin nəvəsi söyləyib.
Müharibə illərinə qədər talışlarda Vağzalı olmayıb. “Gəlin atlandı” və “Mirzəyi” havası ifa edilib. Bu barədə 1989-cu ildə Astaranın Təngərüd kəndinin sakini Müseyb kişi demişdir.
AydınXan Əbilov: İlk dəfə Azərbaycan radiosunda öz topladığı mahnıları özü ifa edərək Müzəffər Nəsirli elektron formada səsləndirmişdir. M.Nəsirli və Zülfüqar Əhmədzadə bu insanların ikisidə elm və maarif fədaisidir. oturaq xalqların qədimliyini onun mahnıları və folkloru baris nümunədir. Azərbaycanın xalqının formalaşmaslında Türklərlə yanaşı Talışların da böyük rolu var.
Rəhim Hüseynov: 1905-ci ildə Müslüm Maqamayev Qori seminariyasını bitirib XX-əsrin əvvəlrində Lənkəran qəzasına xidmətə gedir və o zamanlar talış xalq mahnılarını və musiqilərini toplamağa nail olur. Xatirə kitabında Ü. Hacıbəyov Müslüm Maqamayevə yazır: Müslüm geri dön bitmədi “Talış Mahnıları”? Cavabında isə Müslüm yazırdı: Kaspi (Xəzər) dənizində balıq nə vaxt bitsə talış musiqisi də o zaman bitər.
Azərbaycan dilində başa düşülməsi ilə əlaqədar tərcümə edilən talış mahnıları demək olar ki, 95 faiz öz orjinallığın itirmişdi.
Birinci Dünya Müharibəsi illərində kimin savadı var idisə onu hərbi xidmətə aparırdılar. O zamanın ən məşhur mahnısı “Hovə bə boyli ğıbon” idi. O vaxt Azərbaycan çar Rusiyasının tərkibində olub. Rusiyanın Çarı Nikalayın o vaxt talış xanı ilə müqaviləsi olub. Müqaviləyə əsasən Talış xanlığına təzyiq olardısa Çar Rusiyasının səlahiyyəti vardı köməklik etməyə.
Bə həşi çəşi diyəkə,
Ha boyli bəştı ğıbon.
Bə kafte kəşi diyəkə,
Ha boyli bəştı ğıbon.
Bə ğıbonə pəsi diyəkə,
Ha boyli bəştı ğıbon.
Rəşid Behbudov Lənkəranda 60-70 ci illərdə Ali Sovetin deputatı seçilir. O da buna hörmət əlaməti olaraq “Zəngi yarım” mahnısını oxuyur talışlar üçün.
İsrail Məmmədov: Sovetlər dönəmində 1980-cı illərdə kasetlər buraxılmağa başlandı. 1995-ci illədə isə rəsmən kasetlər sonralar isə SD diskləri buraxılmağa başlandı. İsrail Məmmədov 13 yaşından 40 ilə yaxındır ki, Talış musiqi və mahnılarının yaşamasında əvəzsiz xidməti var.
Çımı pəvəndi lap çoke,
Çəy kəpoton ranqbəranqe.
Bı dınyoədə həmmə çokə kinon,
Bəştə dıli arzu bırəson.
Fərbiyə Şabanova: Qabaqlar musiqi alətləri olmayib. Dəf və xor ilə olardı məclislər. Xor ona görə olub ki, əkin-biçin olub talışlarda. Onlar oturaq xalq olduğu üçün şartuk əkini ilə məşğul olublar. Kişilərlə bərabər qadınlarda zəhmətə qatlaşıblar. Çay sonradan əkilib. Talış musiqisi Halaylarla başlayır. Ha lo-lo…. Lo qaranquş-pərisqıl. Həm də Lo-Lorin müjdə gətirən quş deməkdir.
Kakalos və Pensər kəndindən olan Təhiyə, Xanım, Hacıbəyim nənələrinin dediyi nəğmələr “Əvəsor folklor xalq kollektivi” mahnı və rəqs qrupu tərəfindən yaddaşlara köçürülüb. Nümunə üçün “Şəve şanbaye kinə” mahnısı göstərmək olar.
Xanlar Həmid və Akif Dənziyev: Xəzər dənizinin cənubi-qərb sahilində 17 muğam haqda məlumatlar var. Burada qədim “Midiya” mədəniyyətindən gələn məlumatlardır. Talış dilini mükəmməl bilicilərinin köməyi ilə Avestadan buna Qo deyilir. Buna farsın –ha çəkilçisini qoşsaq. Qoha, Segah, Çargah və s. İlk muğam Allaha, Şahlara, Cənnətə və Müqəddəs Ruha həsr dilib. Talış mahnıları Hind, İran, Gilək, Mazandaran, Kürd, Lor, Kadus və Bəluc mənşəlidir. Avestada Mogam yəni talışca Moğəm-ananın qəmi Ananın fəryadı. Əsl həqiqətdə Padşah gahı, fəryadı olduğu üçün “Ananın qəmi” nəzərdə tutulur. Avestadan gələn məlumata əsasən bu muğam ailəsinə “Maqumat” Mo-maya, yaradan-qəmdən olan deməkdir.
Alman filosofu Nitsi bu barədə “Zərdüşt belə demişdir” kitabında vermişdir.
Hacı Allahverən Nəzərəov: Azərbaycan ərazisində yaşayan ən qədim xalqlardan biri talış xalqıdır. Bu xalqın zəngin folklor mədəniyyəti vardır. Həyatın bütün sahələrinə aid “yolon sıxanon, iyən məsəlon” (atalar sözləri və məsəllər), bayatı formasında dördlüklər, tədqiqini gözləyən nağıllar, lətifələr, əfsanə və rəvayətlər bu xalqın bütün həyatını bir güzgü kimi əks etdirir. Bütün xalqlarda olduğu kimi talışlarda da folklorun ilk nümunələri əmək prosesini yüngülləşdirmək üçün ahəngdar şəkildə söylənən sözlərdən ibarət olmuşdur. Məs.: ”Zu bıjənən, bəşmə ğıbon”, ”Əlla(h), Monəmməd, ya Əli”, ” Həşi beş, bıdə əmə şo bıbəmon” və s. Daha sonralar isə həmin sözlərin inkişaf edərək əsər halına düşməsi nəticəsində bitkin mahnı və nəğmələr yaranmışdır. Bu xalqın bitkin mahnı və musiqi mədəniyyəti onun həyat səhnəsində yetkin bədii təfəkkür və təxəyyülə malik olduğunu sübut edir. Talış xalq mahnılarının mövzu dairəsi geniş və zəngindir. Burada əmək prosesini əks etdirən nəğmələr, məişət məsələlərinə həsr olunmuş nəğmələr, sevgi nəğmələri, vətən məhəbbəti tərənnüm edən nəğmələr, insanın təbiətə münasibəti, qadın gözəlliyini vəsf edən nəğmələr, milli mənsubluğu əks etdirən nəğmələr və s.öz bədii əksini tapmışdır. Məsələn,”Giləvo” , ”Kinəlim, şoniş bomıno”, ”Tolışə kinə”, ”Tı çımı dilbər”, ”Zəngi yarım”, ”Zanq bıkə” və s.bu qəbildən olan mahnılardır. Bunlardan “Giləvo” əsərində insanın təbiətə münasibəti, yazın gəlişi ilə təbiətin canlanmasına insanların sevinməsi, məhz təbiətin canlanmasında giləvonun (bərəkətli yaz küləyi) böyük rol oynaması, onun məhsul bolluğunun əsasında durmasını diqqətə çatdırır. ”Kinəlim şoniş bomıno” mahnısında isə aşiqin məşuquna sevgisindən, onun nazından, ona olan eşqinin gizli saxlanmasını istəməyindən, aşiqin eşqinin bülbülün güllüyə olan eşqi ilə müqayisəsindən, onun təsadüfi səhvi ucbatından bülbülün bağdan fərari düşməyindən, onu ən gözəl nemət olan balla-şanla müqayisə etməyi və s. söhbət gedir. Mahnılar həcm rəngarəngliyinə görə də fərqlənir. Ən çox istifadə olunan dörd misralı bayatıya oxşar mahnılardır. Bu mahnılar əsasən, qadınlar tərəfindən toy mərasimlərində, tarlalarda–kollektiv iş prosesində (məs.:bicarda) xor şəklində oxunardı. Əlbəttə bu zaman şən, ürəkaçan mahnılardan istifadə olunardı ki, həm el şənliyi, həm də iş prosesi fərəhli keçərdi.
Camal Lələzoə: Azərbaycan musiqisinin yaranmasında talış mahnılarının rolu.
1.Bu rol danılmazdır. Yüzlərlə fakt var. M. Talışlının “Lənkəran ” kitabında da bu barədə yazılmışdır. 2.Azərbaycan sovet musiqi məktəbinin yaradıcıları Ü. Hacıbəyov və M. Moqamayevin Talış zonasında apardıqları musiqi ekspedisiyalarının-tədqiqatlarının nəticələri arxivlərdə saxlanılır və müasir musiqisevərlər üçün də gərəklidir. O musiqi xadimlərinin bu diy aramusiqi museyi və laboratoriyası verdikləri qiymət aktuallığını saxlayır.
- Kollektiv xor mahnılarının yaranmasında talış xalqının musiqi təcrübəsi müstəsna rol oynamışdır.”Halay” mahnılarının yerli xalqın əkinçilik ənənələri ilə bağlılığı məşhur bəstəkarlar tərəfindən təsdiq olunmuşdur. 4.Muğam ifaçılığında talışların da rolu olmuşdur. Türk, fars, kürd xalqları ilə bərabər talışlar da həyatlarının, talelərinin, qanla yazılmış tarixlərinin, dini müsibətlərinin ağrı-acısını muğamlarla ovutmuşlar. Muğam adlarının talış dili sözləri ilə həmahəngdar olması fikrimizi sübuta yetirir.
5.Mərasim və mövsüm nəğmələri əzəldən otiraq həyat keçirmiş xalqımıza doğma olmuşdur. Onu da deyim ki, sovet dövründə talış dilində xalq arasında yayılmış mahnıların tərcümə olunaraq oxunması və orijinallarını itməsi və ya geniş kütlədən gizlədilməsi bu mahnıların əsl surətlərinin yox olmasına gətirib çıxarmışdır. İndiki müstəqillik şəraitində həmin mətnlər üzə çıxarılmalıdır. 6.Mahnılar, muğamlar da bədii bir yaradıcılıq nümunəsi kimi həyatın özündən doğmuşdur, sonralar ümumiləşdmişdir. Dərin tədqiqatlar hər mahnının, hər muğamın hansı tarixi şəraitdə yaranmasını geniş oxucu kütləsinə bəlli edəcəkdir.
- Xalq arasında, şəxsi arxivlərdə və ya yaşlı adamların hafizələrində qədim mahnılar yaşayır. Məs. Mahmudavar kəndində təxminən 95 yaşlı Əbdülrza müəllimin (Allah ona rəhmət eyləsin) şəxsi arxivində mahnıların mətnləri və ya hissərəri saxlanılır. Onları tədqiqata cəlb etməklə həm qədim talış mahnılarını tapmaq olar, həm də Azərbaycan musiqisinə yeni bir töhfə vermək olar.
İradə Məlikova
“DODO” qəzetinin baş redaktoru
(2019-cu il senntyabr ayında İctimai TV-nin radio kanalının əməkdaşı Pərvanə xanımın Qasımova qonağı olarkən.)