Əzizlərim sizləri “DODO” qəzeti redaksiyası adından Novruz bayramı münasibəti ilə təbrik edirik. Hər birinizə bahar təravəti və sağlam ömür arzulayırıq. Aşağıdakı yazını Elçin Şıxcanovun facebook səhifəsindən onun icazəsi ilə götürüb sizlərə olduğu kimi təqdim edirəm. Bu gözəl və xoş təbriki olan sözləri sizlərin də oxumasını istəyirəm. Elçinədə təşəkkür edirik bu təbrik üçün.
Bayramınız mübarək olsun!
Xonçalı NOVRUZ gəlir,
Qonçalı NOVRUZ gəlir….
Xoş gəlib səfa gətirir..hər anımız,hər günümüz NOVRUZ olsun!
NOVRUZ adi bir bayram deyii..BAYRAMLARIN ŞAHIdır…
NOVRUZ-başdan ayağa fəlsəfədir,şərq müdrikliyidir!!
NOVRUZ-dünyanın ƏN QƏDİM BAYRAMI…
Bu gün mənsub olduğum Talış xalqı özünün 2-ci ÇƏRŞƏNBƏSİ-KULƏ ŞƏVİ qeyd edir!
Keçən çərşənbə haqqında yazmışdım-təbiətə,heyvanlara sevgini özündə təcəssüm edir.
Bu günkü çərşənbənin mahiyyəti bizləri insanlara xoş münasibət bəsləməyə səsləyir.
Ümumi götürdükdə hər iki çərşənbədə həm Novruz Bayramının,həm də Zərdüşt fəlsəfəsinin əsas qayəsi-KÜLLİ ALƏMə SEVGİ cəmləşir!!
“”Hər şeyə SEVGİ ilə yanaşmaq,hər şeyi SEVGİ ilə oyatmaq””-insanlığın missiyası bu olmalıdır.
Kimdir İNSAN?
“”Öz ağrılarını hiss edirsənsə CANLI MƏXLUQ,başqalarının ağrılarını hiss edirsənsə ,bil ki artıq İNSANsan””-Tolstoy.
İNSAN KİMİ YAŞAMAQ-YANMAQdır…
Bu gecə tonqal yandırarlar…7 tonqal..7 rəqəmi müqəddəs sayıldığı üçün tonqalların sayı da 7 olar..
7 tonqal qalayın…qoy ilboyu hər həftənin 7 günü yalnız xoş xəbərlər eşidək…
7 tonqal qalayın…qoy ilboyu hər həftənin 7 günü yurdumuz,dünyamız işıqlı olsun…
7 tonqal qalayın…qoy hər həftənin 7 günü yollarda toy karvanlarının sayı-hesabı olmasın…
7 tonqal qalayın..qoy hər həftənin 7 günü süfrələrimiz bol və bərəkətli olsun..
7 tonqal qalayın…qoy hər bir evdən həftənin 7 günü uşaq səsi gəlsin…
7 ocaq qalayın…dünyanı başına alan ZÜLMƏT YARILSIN…
QARANLIQlar AYDINLIĞA ÇIXSIN..
SOYUQ ÜRƏKLƏR İSİNSİN..
Kin,nifrət,qəzəbin aşıb-daşdığı,tüğyan etdiyi,ağrı və yaralarla dolu dünyamızı yalnız və yalnız ODun HƏRARƏTindən isinən ürəklərdəki SEVGİ sağalda bilər…
Bu dünyada nədən istifadə ediriksə tükənir…bircə SEVGİ istisnadır…SEVDİKCƏ SEVGİ ARTIR!!
“”SEVİN ki XOŞBƏXT OLASINIZ””-TOLSTOY!
Birləşmiş Millətlər Təşkilatı hər il martın 20-ni beynəlxalq XOŞBƏXTLİK günü kimi qeyd edir.
Xoş bir təsadüf!!
Bəşəriyyətin XOŞBƏXT olması üçün ulu ZƏRDÜŞTün əsrlərdir insanları valeh edən məhşur kəlamı yetər-
-DÜRÜST,İŞIQLI DÜŞÜNCƏ,
-DÜRÜST,İŞIQLI DANIŞMAQ,
-DÜRÜST,İŞIQLI ƏMƏL SAHİBİ olmaq.
Hələ ki,bu tezislərə Zərdüşt Peyğəmbərin məhdud sayda tərəfdarı riayət edir…etdikləri üçün yaşadıqları hər bir ölkədə-dürüst,savadlı və gözəl əxlaqları ilə həm seçilirlər,həm də böyük hörmətə malikdirlər.
Ruhumuz hər zaman İŞIQlı olsun!
Ruhumuz İŞIQlı olmalıdır ki,ətrafdakıkara İŞIQ saça bilək..
İŞIQ saçmaq üçün də içimizdə GÜNƏŞ olmalı…GÜNƏŞ yana-yana bütün kainata həyat verir-ibrət götürüləsi bir görünüş..
İNSAN HƏYATI da GÜNƏŞ kimi olmalıdır..GÜNƏŞ hər zaman gözəldir..GÜNƏŞin DOĞMAsı da,BATMASI da gözəl olur…
İNSANın da YAŞAYIŞI,ÖLÜMÜ GÖZƏL OLMALIDIR!!
İçimizdə hər zaman GÜNƏŞ olsun!
GÜNƏŞ olub könüllərə nur çiləyək,əziz və möhtərəm həmvətənlər..
Bütün gecələrinizin NURLU SABAHlara açılması arzusu ilə,TALIŞ KULƏ ŞƏVİniz MÜBARƏK,əziz və möhtərəm həmvətənlər!
AZƏRBAYCANımız qoy həmişə İŞIQlı olsun!!
İcazənizlə əziz Talış xalqımı və doğuldum MONİDİGAH KƏNDİmi öz ana dilimdə MÜBARƏK TALIŞ DİLİNDƏ təbrik edim-
Kulə Şəvon Mubarək, Xosə TOLIŞon,XOSƏ MONİDİQO!
DE HƏZOY YƏNDISƏ REÇİN-REÇİNƏ KULƏ ŞƏVON!
HEJO RUŞNƏDƏ BIBUJON!
Elçin Şıxcanov
Lerik, Mondiqo