26 mart 2025-ci il tarixində Nizami Kino Mərkəzində unudulmaz bir gün yaşadıq! 🎥 Sədaqət Kərimovanın rejissorluğu ilə ərsəyə gələn “HAL” filminin təqdimatı Azərbaycan kinosu üçün böyük bir hadisə oldu. Bu film təkcə ekran əsəri deyil, həm də dərin mənalı, düşündürücü və ruhumuza toxunan bir sənət nümunəsidir.
        Sədaqət Kərimova illərdir ki, kino sənətinə, mədəniyyətimizə böyük töhfələr verir. Onun hər bir işi səmimiyyəti, peşəkarlığı və özünəməxsus üslubu ilə seçilir. “HAL” filmi də məhz belə bir əsərdir – tamaşaçını düşündürən, suallar qoyan və cavab tapmağa səsləyən…
Bu möhtəşəm günün hər anını yaddaşımıza həkk etdik və bir çox gözəl şəkillər çəkdik. 📸 Onları sizinlə bölüşmək istəyirəm ki, bu anları birlikdə yaşayaq!
Sədaqət xanıma və bu filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə sonsuz təşəkkürlər! Yeni uğurlar, yeni filmlər arzulayırıq! 👏✨
Və ən əsası, 30 mart tarixində Sədaqət xanımın doğum günüdür! 🎉 Bu münasibətlə onu səmimi-qəlbdən təbrik edir, can sağlığı, uğurlar və yeni yaradıcılıq nailiyyətləri arzulayıram!
Sizin kimi sənət fədailərinin zəhməti sayəsində kino sahəmiz daha da inkişaf edir. Hər zaman var olun! ❤️🎂🎬