29 mart 2025-ci il tarixində “ZİRVƏ” şadlıq evində unudulmaz bir Novruz tədbirinin şahidi olduq. “RONAHİ” Kürd Mədəniyyət Mərkəzinin sədri Zabit Məmmədovun təşkilatçılığı ilə keçirilən bu bayram tədbiri əsl mədəniyyət bayramına çevrildi.
Kürd xalqı Novruz bayramını hər zaman böyük coşqu və sevgi ilə qeyd edir. Bu tədbirdə də biz bir daha Novruzun birlik, bərabərlik və sevgi bayramı olduğunu hiss etdik. Mən də “Dodo” qəzetinin baş redaktoru olaraq bu möhtəşəm tədbirə dəvət olunmuşdum və böyük məmnuniyyətlə iştirak etdim. Təbrik nitqimdə Novruzun mədəniyyətlərarası bağları möhkəmləndirən əhəmiyyətindən, xalqımızın bu bayramı necə yaşatmasından danışdım.
Tədbirin ən unudulmaz anlarından biri isə Halay rəqsləri oldu! Mən də bu coşquya qoşularaq dostlarımızla birlikdə bayramın sevincini paylaşdım. Musiqi, rəqs və birliyimiz bizə unudulmaz anlar yaşatdı.
Bu möhtəşəm tədbirdən çəkilmiş gözəl şəkilləri sizinlə bölüşürəm! Səmimi qonaqpərvərliyə, isti münasibətə və mədəniyyətimizin bu gözəl bayramını yüksək səviyyədə yaşatdıqları üçün Zabit Məmmədova və bütün “Ronahi” Kürd Mədəniyyət Mərkəzinə dərin təşəkkürümü bildirirəm!
Novruz bayramınız mübarək olsun!