Bir il əvvəl sadə niyyətlə və səmimi çağırışla yaradılan “Lerikin İnkişafına Dəstək” Qrupu (LİDQ) 27 dekabr 2025-ci il tarixində bir yaşını tamamlayır. Qısa zaman ərzində bu təşəbbüs Leriklə bağlı düşünən, narahat olan və töhfə vermək istəyən insanların bir araya gəldiyi təsirli ictimai platformaya çevrilərək regionun sosial və mədəni inkişafında diqqətəlayiq izlər buraxmışdır.

      LİDQ təkcə adi bir WhatsApp qrupu olmaqla kifayətlənməyib, Lerikin gələcəyinə yatırılan inamın və həmrəyliyin sarsılmaz simvoluna çevrilmişdir. Qrupun fəaliyyət dairəsi yanan evə göstərilən sosial dəstəkdən başlayaraq, yüz minlərlə manat dəyərində olan mühüm tarixi və ictimai layihələrə qədər uzanır.

      Bu müddət ərzində qrup çərçivəsində səslənən hər fikir, edilən hər paylaşım və atılan hər addım vətəndaş məsuliyyətinin, doğma yurda bağlılığın bariz ifadəsi olub. Bir jurnalist və “Dodo” qəzetinin baş redaktoru olaraq hesab edirəm ki, regionların inkişafı məhz belə sağlam, məqsədyönlü və davamlı ictimai təşəbbüslərdən başlayır.

      Qrupun yaradıcılarına, fəal üzvlərinə və bir il ərzində bu platformaya dəyər qatan hər kəsə təşəkkür edirəm. İnanıram ki, “Lerikin İnkişafına Dəstək” Qrupu qarşıdakı dövrdə də faydalı təşəbbüsləri ilə seçiləcək.

1 yaşın mübarək, LİDQ!

  1. Mənəvi Borc Və Sosial Məsuliyyət

LİDQ-nun fəaliyyətinin təməlində vətəndaşlıq məsuliyyəti və yüksək humanist dəyərlər dayanır.

 Almu Kəndində Həmrəylik Dərsi

Qrupun birliyi ən çətin anda – Almu kənd sakini Hüseynov Asif Şahab oğlunun evinin yanması zamanı özünü qabarıq şəkildə göstərdi. Üzvlər qısa müddətdə 5675 manat toplayaraq, 5986 manat dəyərində tikinti materiallarının (dəmir, taxta, pəncərə və s.) alınmasını təmin etdilər. “Bu təkcə maddi kömək deyil, necə deyərlər “Vətən dar gündə bir-birinə dayaq olan insanların adıdır.” Bu dəstək Vətən övladlarının bir-birinə sahib çıxdığını sübut edən tarixi bir səhifə oldu.” Daimi Sosial Dəstək

LİDQ bir illik fəaliyyəti boyu Lerikdə maddi vəziyyəti zəif olan insanlara, şəhid və qazi ailələrinə mütəmadi dəstəyini əsirgəməmişdir. Bu fəaliyyət, qrupun cəmiyyətin həssas təbəqələrinə olan xüsusi diqqətini göstərir.

  1. Gələcəyə Yatırım Təhsil Və Maarifçilik

Qrup, Lerikin gələcəyini onun istedadlı gənclərində görür. Məktəblilərə və tələbələrə 10.000 manatdan çox böyük həcmdə yardım edilmiş, onların təhsili dəstəklənmişdir.

  • İstedadların Dəstəklənməsi İstedadlı uşaqlara xüsusi diqqət ayrılmışdır.
  • Ali Məktəbə Qəbul Ali məktəbə daxil olan Lerikli tələbələrə həm pul mükafatı, həm də fəxri fərmanlar təqdim edilərək onların uğurları təqdir edilmişdir.
  1. Tarixi Missiya Mədəni İrsə Həyat Vermək

LİDQ-nun ən böyük və uzaqgörən layihələri Lerikin tarixi-mədəni irsinin bərpası və tanıdılması ilə bağlıdır.

  • Büzeyir Mağaraları Layihəsi  Qrup hazırda Tarixi Büzeyir mağaralarına və qədim insan məskənlərinə gedən yolların tikintisi ilə məşğuldur. Bu böyük layihənin dəyəri 200.000 manat təşkil edir. Məqsəd, həm dünya turizminə yol açmaq, həm də AMEA ilə danışıqlar apararaq, bu mağaralarda tarixi araşdırmaları dərinləşdirməkdir. Araşdırmalar barədə buraşuralar çap edilərək ictimaiyyətə təqdim olunmuşdur.
  • Lerik Ensiklopediyası Regionun tarixini, mədəniyyətini və şəxsiyyətlərini əks etdirəcək Lerik Ensiklopediyasının hazırlanması da qrupun fəaliyyət planındadır. Bu möhtəşəm nəşrin dəyəri 80.000 – 100.000 manat civarındadır.

Yekun Bir İllik Zəfər Qeyd Edilir

Qazanılmış uğurlarımızın zirvəsini qeyd etmək məqsədilə, LİDQ-nun yaranmasının Birinci İldönümü münasibətilə 27 Dekabr 2025-ci il tarixində təntənəli mərasim keçiriləcəkdir. Bu tədbir 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində birliyin daha da möhkəmləndirilməsinə xidmət edəcək.

BİZ BİRLİKDƏ GÜCLÜYÜK!

P.S. Lerikin İnkişafına Dəstək Qrupunun bir illik fəaliyyəti təqdirəlayiq bir hadisədən daha çox, mənəvi intibahın və vətənpərvərliyin epopeyasıdır. Bu qrup, Lerikə bir növ İnkişaf Lokomotivi rolunu oynayaraq, sosial yaraları sağaltmaqla yanaşı, regionun tarixi-mədəni potensialını beynəlxalq səviyyəyə çıxarmaq üçün yüz minlərlə manat dəyərində investisiya cəlb edir. Onların gördüyü işlər, gənclərin təhsilinə göstərilən diqqət isə təkcə günümüzün deyil, gələcəyimizin də bünövrəsini qoyan uzaqgörən bir strateji addımdır. LİDQ üzvləri, vicdanın səsi, həmrəyliyin canlı təcəssümü və Vətən övladlarının əsl nümunəsidir. Bu fəaliyyət sübut edir ki, səmimi birlik hər bir məhdudiyyəti aşmağa qadirdir.

İradə Məlikova
“Dodo” qəzetinin baş redaktoru