Bu gün 13 may 2020-ci il tarixində Talış xalqının böyük oğlu şair Vəlişah dünyasını dəyişmişdir!
Vəlişahla məni bir kəndən olmağımız və 40 illik ünsiyyətimiz birləşdirir! Onunla birgə həyatın “hər üzünü” görmüşük!
Lakin Vəlişah təkcə Şaglaser kəndinə məxsus deyil, o bütöv bir xalqın böyük oğlu, Şairidir!
Onun haqqında çox sözlər, xatirələr söylənəcək. Nə qədər deyilsə də, yenə az olacaq!
Vəlişah hələ sağlığında talış ədəbi cameəsi tərəfindən klassik şair kimi qəbul edilmişdir!
Şair Vəlişah həm azərbaycan dilində, həm də talış dilində yazdığı seirlərdə doğma ana dilinin acınacaqlı vəziyyətini ürək ağrısı ilə nəzmə çəkmişdir!
… Quş qədər də yoxsan belə,
Çəkdiyindən fəğan elə,
Dərd-qəmini bəyan elə,
Bəlkə dayən lalmış, dilim?
…Təbib ome i ruj bomo,
Veyış vote, joqo-jəqo.
Əy nıznəşe, dıldəm oxo
Penco sornə yarəm hese!
Vəlişahim, ın məholi
Vindem pidə bənə vıli.
Bo təy karde ıştə dıli
De şer vote çorəm hese!
Şair bu beytləri hələ 80-ci illərin sonunda qələmə almışdı!
Allah sənə rəhmət eyləsin böyuk Şair və İnsan!
Xıdo bə tı rəhmət bıkə yolə Şair iyən yolə Merd! Amin!
Oktay Əsgərov
Lənkaran, Şağlaser