Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edib və vəzifə borcunu şərəflə yerinə yetirib 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan, şəhidlərimizin valideynləri ilə Lerik rayonunun  sakinləri görüşüb və onların dərdlərinə şərik olaraq bir çox problemlərini həll etmişdir. Redaksiyamız adından bizim dəyərli Millət Vəkilimiz Qənirə xanım Paşayeva dərin minnətdarlığımızı bildiririk. Bu gün Milli Məclisin deputatlarının hər birinin şəhid ailələri ilə görüşü bizim dövlətimizin və Milli Məclisin şəhid ailələrini böyük qayğısıdır. Qənirə xanım Paşayevanın Feyzbok səhifəsində Şəhidlərimiz haqda olan yazılarını olduğu kimi oxucularımıza təqdim edirik.

Yaqublunun atası Mükafat Elşad oğlu Yaqubovla görüşüb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Lerik rayon sakini, Vətən Müharibəsinin şəhidi, Lerik rayon sakini, Baş Leytenant Əliqismət Yaqublunun atası Mükafat Elşad oğlu Yaqubovla Mədəniyyət Komitəsində görüşüb, şəhid ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:

“Əziz şəhid atası,

Sizin oğlunuz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda edib. İşğalçı düşmən üzərində qələbəyə görə təbrik və təşəkkürü ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Əliqismət 2016-cı il Aprel döyüşlərində də iştirak edib. Vətən Müharibəsi başlayınca döyüşlərə atılaraq, Murovdağ, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa istiqamətindəki döyüşlərdə qəhrəmanlıqla iştirak edib.

Oğlunuz Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq, rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə “Azərbaycan Bayrağı” yüksək ordeni ilə, habelə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Əliqismət kimi zabitlərimizlə hər zaman qürur duyacağıq!

Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Tarixi zəfər münasibəti ilə Sizə Mədəniyyət Komitəsi adından bir daha təbrik və təşəkkürlərimizi yetirirəm”!

Şəhidin atasına Mədəniyyət Komitəsi adından Məktub təqdim edilib.

MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərovun atası ilə görüşüb və qəhrəman şəhidlərimizin qarşısında baş əyirik deyib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin Qəhrəmanı, şəhid mayor Amid Heydərovun atası Rəbbil Heydərovla Mədəniyyət Komitəsində görüşüb, qəhrəmanın döyüş yolu ilə maraqlanıb maraqlanıb, qəhrəman zabitin həyat yolunun gənc nəslə, gələcək hərbçilərə bir örnək olduğunu deyərək, ürək sözlərini bölüşüb:

“Əziz şəhid atası,

Sizin oğlunuz Vətən uğrunda döyüşərək öz canını fəda etmiş qəhrəmandır. İşğalçı düşmən üzərində qələbəyə görə təbrik və təşəkkürü ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Qəhrəman oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Amid Heydərov 2016-cı ilin Aprel döyüşlərində də mərdlik və peşəkarlıq nümayiş etdirib, vaxtından öncə kapitan rütbəsi alıb. 2020-ci ilin may ayında isə ona mayor rütbəsi təqdim olunub və “N” saylı hərbi hissənin komandiri təyin edilib. Vətən Müharibəsi başlayınca döyüşlərə ilk qatılan zabitlərden biri olan mayor Amid Heydərov, Cəbrayılın alınmasında qəhramanlıqla döyüşüb və şəhid olub.

Tankçı oğlunuz Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə “Vətən Müharibəsi Qəhrəmanı” yüksək adına layiq görülüb. Qəhrəmanımız həmçinin “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasina görə” medalları ilə təltif olunub.

Amid Heydərov kimi qəhrəman zabitlərimizlə hər zaman qürur duyacağıq!

O əfsanəvi sərkərdə Həzi Aslanovu özünə kumir seçmişdi və onun kimi tankçı oldu, qəhrəman oldu, şöhrət qazandı, adı ürəklərə yazıldı. Hər iki qəhrəmanımızın ruhu şad olsun!

Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Tarixi zəfər münasibəti ilə Sizə Mədəniyyət Komitəsi adından bir daha təbrik və təşəkkürlərimizi yetirirəm”!

Şəhid Qəhrəmanın atasına Komitə adından Məktub təqdim edilib.

Qənirə Paşayeva tək oğlu Vətən uğrunda şəhid olmuş Lerik rayon sakini Sevinc Babayeva ilə görüşüb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Lerik rayon sakini, Vətən Müharibəsinin şəhidi Çingiz Babayevin anası Sevinc Rəhman qızı Babayeva ilə Mədəniyyət Komitəsində görüşüb, şəhid ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:

“Sizin yeganə oğlunuz Vətən uğrunda döyüşərək öz canını fəda edib. İşğalçı düşmən üzərində qələbəyə görə təbrik və təşəkkürü ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Vətəncanlı oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Çingiz 03 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə başlayıb. 27 sentyabr 2020-ci ildə Vətən Müharibəsi başlayınca o da döyüşlərdə iştirak edib və 10 oktyabrda, şiddətli döyüş zamanı Suqovuşan ərazisində şəhid olub.

Oğlunuz Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edib və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə təltif olunub.

Çingiz kimi gənclərimizlə hər zaman qürur duyacağıq!

Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Tarixi zəfər münasibəti ilə Sizə Mədəniyyət Komitəsi adından bir daha təbrik və təşəkkürlərimizi yetiri

rəm!

İndi Çingizin bütün cəbhə yoldaşları Sizin oğlunuzdur, Siz indi yalnız Çingizin deyil, Çingizi özünə qardaş bilən, Sizin ana əlinizi öpən bütün Azərbaycan oğullarının anasısız”.

Q.Paşayeva 2020-ci il Vətən Müharibəsində və 2016-cı il Aprel Döyüşlərində iştirak etmiş qəhrəman şəhid tankçımızın ailəsi ilə görüşüb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Lerik rayon sakini, Vətən Müharibəsinin şəhidi, gizir Cəlal Ağayevin atası Ağaverdi Xanverdi oğlu Ağayevlə Mədəniyyət Komitəsində görüşüb, igid hərbçinin həyat və döyüş yolu ilə yaxından tanış olub, ürək sözlərini bölüşüb:

“Şəhid ailələri bizimçün çox dəyərlidir. İşğalçı düşmən üzərində qələbəyə görə təbrik və təşəkkürü ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Vətən uğrunda canını fəda etmiş igid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Biz bilirik ki, Cəlal Ağayev 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib.

Tankçı oğlunuz Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərkən öz vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə, habelə respublika ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə “İgidliyə görə” medalı ilə təltif edilib.

Cəlal Ağayev kimi hərbçilərimizlə hər zaman qürur duyacağıq!

Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan Dəmir Yumruğu işğalçıları layiqli şəkildə cəzalandırıb. Tarixi zəfər münasibəti ilə Sizə Mədəniyyət Komitəsi adından bir daha təbrik və təşəkkürlərimizi yetirirəm”!

Şəhid tankçının atasına Komitə adından Məktub təqdim edilib.