Fərəcova Ayna Firudin qızı 15 yanvar 1938-ci ildə Masallı rayonunun Şıxlar kəndində anadan olmuşdur. Şıxlar kənd 8 illik (ümumi orta), daha sonra isə Qızılağac kənd orta məktəbini bitirmişdir. Qasımlı kəndindən olan Böyük Vətən Müharibəsi iştirakçısı – Fərəcov Fəyyaz Qasım oğlu ilə ailə həyatı qurmuşdur. 1969-cu ildə Masallı rayonunun Yeddioymaq Kənd Zəhmətkeş Deputatları Sovetinə 22 nömrəli seçki dairəsindən deputat seçilmişdir. İşlədiyi dövrdə nümunəvi xidmətlərinə görə rayonda keçirilən «Məhsul» bayramlarında Fəxri Fərmanlarla təltif olunmuş, qol saatı və digər qiymətli hədiyyələrlə mükafatlandırılmış, 1985-ci ildə «Əmək veteranı» medalına layiq görülmüşdür. Hazırda Ayna nənə təqaüddədir. Allahdan nənəyə uzun ömür, cansağlığı diləyirik.
Mehdi Fəyyazlı
Masallı, Qasımlı