Təbii sərvətlər uğrunda mübahisə üzündən Qırğızıstan və Özbəkistan sərhədində atışmalar yaranıb. Bu dəfə sakinlər su üzündən bir-biriylə toqquşublar. Özbəkistanın Sox anklavı yaxınlığındakı sərhəd toqquşmalarında 25 nəfər yaralanıb. Onlardan ikisi reanimasiyadadır.


Qaynarinfo-nun RİA Novosti-yə istinadla verdiyi məlumata görə, yaralıların hamısı Qırğızıstan sakinləridir. “Sputnik Qırğızıstan” yazır ki, qırğızların Çeçme və Özbək Çaşma kəndlərinin sakinləri bir-birinə daş atıblar.

Xatırladaq ki, bundan əvvəl Qırğızıstan sərhədçiləri Tacikistan tərəfdən atəşə tutulmuşdular. Bu qarşıdurmaya qarşı tərəfdəki torpaq sahəsinin mülkiyyəti barədə mübahisə edən yerli sakinlər səbəb olmuşdu.

 

Alpər

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO