Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Yasamal rayonu ərazisində yerləşən İzmir parkının yaxınlığında qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Babaxanov Heydər Ramiz oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Ona sol aşağı baldır oynağının əzilməsi diaqnozu qoyulub.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO