Prezident İlham Əliyev Mingəçevir şəhərində 12 nömrəli tam orta məktəb binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Mingəçevir şəhərində 450 şagird yerlik 12 nömrəli tam orta məktəb binasının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO