Türkiyəli aktrisa Hülya Şen yaşadığı binanın mühafizəçisindən şikayətçidir. 

Sabah.com-un məlumatına görə, aktrisa polisə mühafizəçinin evində pişik saxladığı üçün onu döydüyünü bildirib.

O iddia edib ki, həm də üst qonşusu və bina idarəçisi qapısının qabağında saxladığı pişikləri yığışdırmasını istəyiblər. Həmin heyvanlara görə binadan pis iy gəldiyini deyiblər. Buna görə aralarında mübahisə olub.

Mübahisə aktrisanın döyülməsinə qədər böyüyüb.

Hazırda məsələ polis tərəfindən araşdırılır. 

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO