Ərəb dünyası deyəndə, adətən, insan örtülü geyimli qadınları təsəvvürünə gətirir.

“Cosmopolitan” bu təsəvvürləri alt-üst edəcək maraqlı məqalə hazırlayıb.

Negin Mirsalehi Niderlandda yaşayan feşn bloqerdir. “Instagram”da təqribən altı milyon izləyicisi var.

İraq mənşəli byuti-bloqer Huda Kattan bütün dünyada tanınır. Onun makiyajla bağlı məzəli videoları hər kəs tərəfindən sevilərək izlənilir. Bunun sayəsində o, kosmetikada öz brendini belə buraxmağa müvəffəq olub.

Nur Arida – model, bloqer. Sosial şəbəkələrdə 2,7 milyon izləyicisi olan Arida ərəb jurnalarının da sevə-sevə işlədiyi modellərdəndir.

Nadin Nassib Nceim – livanlı aktrisa və gözəllik müsabiqəsinin qalibidir. O, həmçinin Hollivud ulduzu Ancelina Coliyə oxşarlığı ilə seçilir.

Natali Fanc – adətən, seçimini çılpaq bədənə pencək yönündə edir. Bir çoxları bunu hətta Hollivud ulduzları üçün cəsarətli seçim adlandırır.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO