Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən qəlyanxanada kütləvi dava baş verib.

REN TV xəbər verir ki, əlbəyaxa davada altı kişi iştirak edib.

Hadisə iaşə obyektinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Videoda qızın oğlan dostu ilə mehriban söhbət etdiyi görünür. Bu zaman onlara yaxınlaşan başqa bir gənc qızla qısa dialoq aparır, sonra ona zərbələr endirir. Nəticədə, ətrafdakılar da insidentə müdaxilə edir və kütləvi dava başlayır.

Hüquq-mühafizə orqanlarından faktla bağlı rəsmi məlumat verilməyib.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO