İstanbul Terrorla Mübarizə İdarəsi antiterror əməliyyatı keçirib.

Türkiyənin “Sabah” qəzeti xəbər verir ki, əməliyyat nəticəsində sosial şəbəkələrdə terror təbliğatı ilə məşğul olan İŞİD qruplaşmasının 10 üzvü saxlanılıb.

Əməliyyat İstanbulun 10 rayonunda yerləşən 14 müxtəlif mənzildə aparılıb.

Saxlanılan şəxslər arasında əslən azərbaycanlı olduğu qeyd edilən Elbrus.H adlı şəxs də var.

Əməliyyatın digər təfərrüatları barədə məlumat verilmir.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO