Futbolçu Əfran İsmayılova at hədiyyə edilib.

Oxu.Az-ın xəbərinə görə, son günlərdə at sürməyi ilə sosial şəbəkələrdə gündəmə gələn Əfran İsmayılova hədiyyəni Ağstafanın Sadıqlı kəndində yerləşən “Dilbaz” atçılıq təsərrüfatının rəhbəri Səlimxan Gülalılev bağışlayıb.

Ə.İsmayılov “Instagram”da Səlimxan Gülalıyevə öz təşəkkürünü çatdırıb. Saytımıza açıqlamasında futbolçu bildirib ki, bu bir yaşlı dayçadır. Artıq ona dayçanın sənədləri təqdim olunub və sahibi sayılır.

Qeyd edək ki, Əfran İsmayılov “Keşlə”dən bu yay ayrıldıqdan sonra hələ ki klubsuzdur.

Səbuhi Musayev

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO