İspaniyanın “Barselona” futbol klubunun müdafiəçisi Jerar Pike “Espanyol”la matçın keçirildiyi “Nou Kamp” stadionuna velosipedlə gəlib.

Bu barədə məlumat “Futbol en Movistar+” nəşrinin “Twitter” səhifəsində yayımlanıb.

33 yaşlı futbolçu jurnalistlərin qarşısından keçərək stadionun yeraltı keçidinə daxil olub.

Qeyd edək ki, sözügedən qarşılaşmada “Barselona” Lius Suaresin vurduğu yeganə qolla “Espanyol”a qalib gəlib və məğlub komanda son 92 ildə ikinci dəfə La Liqanı tərk edərək, Sequndaya yollanıb.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO