Yasamal rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Nəriman Nərimanov prospektində qeydə alınıb.

Oxu.Az xəbər verir ki, prospektlə yüksək sürətlə hərəkətdə olan motosikletin sürücüsü anidən idarəetməni itirərək yolu keçmək istəyən piyada, təxminən 50 yaşlı Gülnarə adlı qadını vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Zərbənin gücündən motosiklet yol kənarındakı dirəyə dəyərək bir neçə metr aralıda dayana bilib. Qəza zamanı motosikletin sürücüsü də ağır xəsarət alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin, DYP və Prokurorluq əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO