“Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində ümumi vəziyyət sabitdir”.

Bunu Oxu.Az-ın cəbhə xəttində olan əməkdaşlarına Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı deyib.

O bildirib ki,  ön xətdə olan mövqelərdə gərginlik qalır.

“Ara-sıra mövqelərimiz düşmən tərəfindən atəşə tutulur. Təbii ki, Azərbaycan Ordusu tərəfindən adekvat cavablar verilir”, – deyə o əlavə edib.

V.Dərgahlı vurğulayıb ki, Azərbaycan Ordusunun aktiv tədbirləri nəticəsində Tovuzun cəbhə xəttində yerləşən kəndlərinin atəşə tutulmasının qarşısı alınıb.

Qeyd edək ki, iyulun 12-dən etibarən Ermənistan silahlı bölmələri Azərbaycanın Tovuz rayonunda olan mövqelərini artilleriyadan atəşə tutub. Azərbaycan Ordusunun cavab tədbirləri ilə Ermənistan tərəfi 100-dən itki verib, hərbi texnikaları, dayaq məntəqələri məhv edilib.

Döyüşlər zamanı Azərbaycan Ordusunun 12 hərbçisi şəhid olub.

Aqşin Kərimov

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO