Böyük Britaniya şahzadəsi Beatris gizlin şəkildə italyan aristokrat Edoardo Mapelli–Motsi ilə evlənib.

Bu barədə “The Guardian” xəbər yayıb.

Ənənənin əksinə nikah mərasimi barədə əvvəlcədən elan edilməyib.

Vindzor sarayında keçirilən mərasimdə ancaq kraliça II Elizabet, əri şahzadə Filipp və ən yaxın qohumlar olub.

Britaniya taxtına varislər siyahısında doqquzuncu yerdə olan şahzadə Beatrisin atası şahzadə Endryu ötən il yetkinlik yaşına çatmayanlarla cinsi əlaqəyə görə səlahiyyətlərindən imtina etmişdi.  

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO