Rusiya dərman şirkəti “R-Pharm” İngiltərə-İsveç şirkəti “AstraZeneca” ilə razılaşaraq, Rusiyada koronavirusa qarşı “Oksford peyvəndi” istehsal edəcək.

“RİA Novosti”nin məlumatına görə, bu barədə “R-Pharm”ın idarə heyətinin sədri və qurucusu Aleksey Repik açıqlama verib.

Onun sözlərinə görə, şirkət 30-50 ölkəyə, o cümlədən Yaxın Şərq, Cənub-Şərqi Asiya, Avropa və MDB ölkələrinə peyvənd tədarükü üçün bir növ mərkəz kimi çıxış edəcək.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO