XX əsrdən fərqli olaraq XXI əsrdə tədqiqatçı alimlərin qarşısında bir çox mühüm elmi problemlər durur. Məsələn, dilçi alimlər bilirlər ki, bu günə qədər daha çox dillərin təsviri ilə təsvir olunmuşdur. Belə ki “necə danışırıq” sualına cavab veririk, amma “niyə danışırıq” məsələsi qaranlıqda qalaraq həllini tapmamışdır.

Müdrik Hind əsatirlərinə görə həzm olunan ərzaq canlı orqanlarda üç (3)  bölünür: ən ağır hissəsi kala, orta möbqədə olan ətə, ən incəsi zehnə keçir. İçilən sualrın isə ən ağırı sidiyə orta mövqedə qana, zəifi isə nəfəsə keçir. Bu prosesdə istilik əsas rol oynayır. Beləliklə istilik-sümüyə, beyinə və zəif hissəsi isə nitqi yaradır. Ana torpaq da, Ana vətən kimi istidir, yaradıcıdır.

İlkin bəşər insanın ana və ata olması təsadüfü deyil, həyatın ilkin doğulan və doğan hüceyrəsidir, yəni qeyri üzvi maddədən üzvi maddə yaratmasının ilkin qanunudur. Məlumdur ki,  hər nə ikidir və iku yaranmışdır. Məsələn, hətta insan özünü tanımaq üçün bircə Mən bəhs etmədi, ona Sən də lazım oldu ki, Məni dərk etsin. Bu ikiliyin cəmi Bizi-özünə yaxın, Sizi-bir az da özündən uzaqlaşdəraraq O və Onlar işarə əvəzlikləri yaratdı. Beləliklə cəmiyyət formalaşdı, cəmlik yarandı, çünki cəmi və sonra cəmiyyətin təməlini qoyub. Adam kimi qalaraq insanlıq pilləsinə çatmamış dünyanı tərk etmişlər. Bu iki adam ulu ata Adam və ulun ana Havva (Talış dili ilə müqayisədə hav(v)ə- “bacı”. Həqiqətən Həvva Adamın incə qabırqasından yaranmışdır, yəni candan can yaratdığına görə çox vaxt xanımlara canan deyilir.) ilə insan və insanlığın bünövrəsi qoyuldu.

Ta qədim dövrdən indiyə qədər dilçi alimlər, dilin ilkin terminlərinin qohumluq terminləri hesab edirlər. Qədim Hind Reqved mifologiyasının müdriklərlə razılaşan variantında yazılar <<Nitqin hakimi ulu Tanrı adları ilk növbədə digər tanrılara verdi, amma əşyalara adları isə insanlar qurub həyata keçirdilər. Bu proseslərin hamısı ulu Tanrının iştirakı ilə həyata keçirildi.

Bununlada müdriklər dili və yaratdığı sözü göydən yerə endirərək bunu ictimai hadisə olduğunu sübut etdilər.

Qədim hindlilərin təsəvvürünə görə dünya ilk səsdən yaranmışdır. Bu səs ilahidən “Omş”, yaxud “Azıq” hecasından yaranmışdır ki, yerdə qalan bütün səslər onlardan törənmişdir, necək i “bir” i(n) >inə>ənə>эnэ><ane>ana sözündə ilk məna “dil” , “səs” (talış dilində ü səs Azərbaycan dikində ün “səs”) olmuş və sonra bəşər dilləri semantikasında olan inə><ana mənasını almışdır. Bilməliyik, dilçilik zərurətdən yarandığı təkin dildə ünsiyyət zərurətindən ana>bala və bala>ana ünsiyyətindən yarandı. Görkəmli professor Gülnaz  Abdullazadə yazırki,” səs çox mürəkkəb məfhumdur. Səs ali simadır, səs hər bir şeyin səbəbidir. Səslə, doğulan dünya səslərin bütövlükdür. Onda hətta adi insanın eşidə bilməsi üçün mümkün olmasa da hər şey səslənir,<<danışır>>.

Alimlər dəqiqləşdiriblərki,”tötəm anası” daha çox Volqa boyu Ural ərazillərinin yaşayan etnosların dilində özünü göstərir. Məsələn “Tatar” dilində basu anası-“torpağın anası”, “torpağın bərəkəti”; Mar.dilində norod ava– “bərəkət anası” və eləcədə “bərəkətli torpaq anası” və. eləcə də “ bərəkətli torpaq anası” və s, terminlər yurd, vətən salmaq üçün dəlildir. Tatemlərin yaranma tarixi bilinmir, amma Madi(<Mamat+diz-“Ana qalası, Ana kəndi) totem terminin yaranma tarixi ibtidai insan tarixi ilə bərabərdir. Dünyanın bir çoc dillərində ma//mo//mi//me kök sözündən yaranan və Ana mənasını bildirən bu termin Ma+di toteminin kökündə də həmin mənanı verir. Professor Qəzənfər Kazımov doğru olaraq yazır ki, “Mada- şəxs adları içərisində Mandana-Astiaqın qızının adıdır və bizim fikrimizcə, bu ad Manda+ana sözlərindən ibarətdir”;

Azərbaycanın Lerik və Astara rayonlarının sərhəd dağ ərazisi <<Lulubi>> adlanır. Bu ərazilərin arxeoloji tədqiqatlara ehtiyacı vardır. Heləki Lulubi ölkəsinin dəqiq yerləşdiyi yer indiyə qədər müəyyən edilməmişdir və deyilən fərziyyələr də öz tasdiqini tapmamışdır. Deməliyəm ki lu-lu-bi Talış dilində mənaları var bu gidronimik  toplonim lu “hissə,  dağətəyi+lu  “yol, torpağ+bi” “bulaq”  mənasını verir, bundan əlavə talış olq mahnılarında (Talış dilində mahnıya “tirinqə” deyirlər) və lu+lu – ay insanlar, insanlar mənasında işlənir. Yerindəcə deməliyəm ki lerik rayonun İran Azərbaycan ilə sərhəd də yerləşən ” Coini-Toili – mənalarını “qız və oğlan” deməkdir). Bu ərazi ” Qızyurd” -da adlanır və dağın cənub ətəylərində təxminən 5 hektar yer Mamapiyon – çox qədim qəbirstanlığı yerləşir. Düşünürəm ki, tarixçilərimizin yazdığları Amazonların (yəni talış dilində “həmə+zənənon”  dəfn etdikləri qadın küp  qəbirləri burada olmuşdur. Bunu qazıntılar və Coini toponimidə Subut edir. Beləki, Avesta (talış dilindən Avyə+cəkə “ildırım çaxır” söz birləşməsindən yaranmış) -qədim iran dilində “coini”-qız” və Tolili “oğlan” mənasını göstərir. Lerikin Zuvand talış şivəsində belə bir ifadə işlənilir: Çımı vəyu mırəxəs be, qədə xosə “Coiniş” bə dınyo oməy “-“ Bizim gəlin mürəxəs oldu, dünyaya bir gözəl qız gəldi.

Təbiət ananın obrazlarının qədim mənşəyini araşdırarkən qarşıda köməkçi  söz mənası bir o qədər də nəzərə çarpmır, amma ümumi mənada ” Ana” obrazı görünür. Yuxarıda göstərilən misallar da bunu sübut edir və yenə də başqa bir istiqamətdə göstərəcək faktlar da həmin nəticəni verir: Məsələn tatar dilində ənnə, əni, ənkəy, inəki – ” ana, anacan”.  Çuvaş dilində ənne, anne  “ana, anacan” və sairə misalları artırmaq olar. Burada xatırlamaq istəyirəm ki, İran dilləri qurupuna aid olan Talış dilində türk alınması olan ilkin totem termin inə-“ana” sözü qorunub saxlanmışdır və talış və türk-oğuz dilinin qədimliyini sübut edən ən dəyərli faktıdır.

Bu bəşəri söz sami dillərində in+nə+kə (innəkə) formasında göstərilir. inə><ənə ><э><ənə>ana Azərbaycan dilinin yazılı abidələrində ün, Göyçay şivələrində in(ə) “səs”, gücü dilində türk alınması təkin inə -“dil mənasını daşıyır.

Bir çox elmi məqalələrimizdə qeyd etmişik – Rus nağıllarında ” Baba – yoqa” – ” sehrkar qarı və ya qadın “və” balaca uşaqları yeyən” mənalarını birdirən bu söz birləşməsi göründüyü kimi deyil. Əslində bu termin mürk mənşəli olub mənası insanlara xoşbəxtlik gətirən təzə xəbər gətirən (yetirən), xeyirxah bir ana şəxs deməkdir. Bu sözün mənası Slavyanlar Tatar-Monqollara görə bilərəkdən dəyişdirmişlər Məlumdur ki “Babay aqa məzarları indidə inanac yeri olub. İnsanlar bu qədim (islama qədər) inanac yerlərinə sitayiş etmişlər və  etməkdədirlər. Təkcə Lənkəran bölgəsində mövcud olan inanc adonimlərinə nəzər yetirsək, başqa bir sübuta ehtiyac qalmır. Məsələn, Bobogil, Bobo-Əmi, Bobo-Əjdər kimi adlar bobo kompanenti ilə başlanır. Murad Acı yazıb ki, “könt”- ların ikonlarında ilahi atanın yanında “ana” yazılır. Türk xalqlarında “apa” – ana, böyük bacı “ana” sözü ilə yanaşı, tarixən “ata” mənasında da işlənirdi. Bu sözün çoxlu mənaları olmaqla yanaşı – “ilahi ata” mənasında da işlənirdi və bu türk mənşəli söz sayılan kilsə leksikasında “papa (a=pa)” formasına düşmüşdür. Ehtimal ki, burada həm səs düşümi, həm də səs əvəzlənməsi baş vermiş və bu söz” ab+bat termininə oxşardır. Çünki dünya dillərində səs əvəzlənməsi  buna imkan verir. Məsələn qədim p (pan) səsi v (van) daha sonra isə b (ban) səsi ilə v (van) daha sonra isə b (ban) səsi ilə əvəzlənib. İndiki zamanda dünya dillərində ən aktual samit “b” səsi hesab olunur.

Bir məsələni də qeyd etməliyik ki, “ulu ana” yeni atanın anası və ananın ana sı – Nənə təbiətin yaradıcısı kimi qəbul olunur. Məsələn tatar dilində əbə, əbi, nənəy sözləri, Azərbaycan dilində nənə mifologiyada iştirak etmişdir. Bununla belə, tatar dilində “Tərbiyəçi, Saxlayan, yedizdirən” mənalarını verən inəkə termini də işlənir və Azərbaycan dilində inək -doğan, yaradan”, Talış dilində inə – “ana” sözlərini də eyni kökdən bəhrələnmişdir.

    İnəkə sözünün ümumtürk dilində varyantları çoxdur: ənəkə, ənəqə, inaka, эneke, эnekэ” yedirdirən, əmizdirən ana” və eləcədə Эvenk dilində – ” ayı anası” – mifoloji məna daşıyır. Beləliklə, qısa da olsa belə bir nəticəyə gəlirəm ki, inə termininin nastratik təhlili sübut edir ki bu ilkin bəşəri söz bütün dünya dillərində özünə (fonetik xüsustiyyətləri də nəzərə alaraq) yer tapmışdır.

Məsud Dövrani

Lənkəran Şəhəri Sütəmurdov

kəndi, dəmir ağac küçəsi 1